Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir
Tarix: 29.10.2020 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


İşğalçı Ermənistan dövləti və havadarları tərəfindən insanlıq əleyhinə ən ağır cinayətlər və geniş miqyaslı terror aktları ilə amansızcasına işğal olunmuş Azərbaycan torpaqları 27 ildir ki, böyük terror bazasına çevrilmişdir.
Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozan işğalçı dövlət öz iyrənc məqsədlərinə nail olmaq üçün tarixi Azərbaycan torpaqlarını istifadə obyektinə çevirmişdi. Qlobal dünya probleminə çevrilmiş beynəlxalq terrorizm hər bir xalqın hər bir cəmiyyətin son dərəcə diqqətli olacağı məsələ olmalıdır. Terroru törədənin kim olmasından hansı dinə dilə mənsubluğundan və hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq ən ağır cəzayla cəzalandırılmalıdır. Çünki terrorun mahiyyəti birdir insanlıq əleyhinə insanlığa qarşı gəlmək. Ermənilərin Xocalıda törətdikləri soyqırımı dünya, insanlıq tarixində misli görünməmiş bir genişmiqyaslı terror idi. Hamilə qadınların diri – diri uşaqlarının öldürülməsi, insanların işgəncələrlə öldürülməsi, azyaşlı uşaqların dərilərinin soyulması, ailələrinin gözü önündə insanların başının kəsilməsi və digər bu tipli dəhşətli terror faktları dünyanın gözü önündə baş verdi. O zaman da beynəlxalq insan hüquqlarından ağız dolusu danışan ölkələr, terrorun az qala hər gün müzakirə edildiyi masalar səsini çıxarmadılar. Niyə və nə üçün? Bu sual biz azərbaycanlılara artıq çoxdan bəllidir. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün kimi ən ağır şərtlərlə yaşamağa məcbur oldu. Öz dədə-baba torpaqlarından zorla çıxarılan azərbaycanlılar illərlə çadırlarda evsiz yaşadılar, öz haqlarını qorumaq üçün bütün beynəlxalq təşkilatlara müraciət etdilər. Ən nüfuzlu beynəlxalq KİV nümayəndələri buradan, Azərbaycandan qalaq – qalaq video, fotomateriallar topladılar, eyni zamanda əksəriyyəti real hadisələrin canlı şahidləri oldular. Bütün bunlara baxmayaraq demokratiyadan, insan hüquqlarından danışan beynəlxalq qurumlar və böyük dövlətlərin əksəriyyəti olanları görməzdən gəldilər.
Azərbaycan dövləti və xalqı hər zaman sülh tərəfdarı kimi, mövcud münaqişənin danışıqlar yolu ilə həllinə ümid bəslədi. Ancaq işğalçı Ermənistanın iyrənc siyasi rəhbərliyi danışıqları imitasiya edərək və bu yolla vaxt qazanaraq Azərbaycana qarşı növbəti terror hadisələrinə hazırlaşırmış. Əlbəttə ki, ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasi, diplomatik uğurları sayəsində dövlətimiz düşmənin bütün basqılarına qarşı adekvat tədbirlərə hazırdır. Düşmənin, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesindəki, sərsəmləmələri və Qarabağ Ermənistandır deməsi bir daha sübut etdi ki, Ermənistan yaxın vaxtlarda daha böyük terrora hazırlaşır və elə də oldu. Sentyabrın 27 – dən başlayaraq işğalçı Ermənistan terror birləşmələri genişmiqyaslı hərbi-terror aktlarına başladılar. Təbii ki, Azərbaycan silahlı qüvvələri də əks-hücumla işğalçıların əzəli, əbədi Azərbaycan torpaqlarından çıxarması prosesinə başladı. Döyüş meydanında Azərbaycan əsgəri ilə mübarizə apara bilməyəcəyini anlayan düşmən qüvvələri sivil insanları, şəhərləri çoxsaylı raket atəşlərinə məruz qoymaqla öz iyrənc məqsədlərinə nail olmağa cəhd edirlər. Az qala hər gün törədilən genişmiqyaslı terror aktları nəticəsinə onlarla yüzlərlə sivil insanın hüquqları kobudcasına pozulur. Azyaşlı körpələr öz evlərində öz oyuncaqları ilə oynayarkən qəfildən gələn raketlə qarşılaşırlar. Və bir andaca işıqlı dünyalar qaranlığa çevrilir. Elə ailələr var ki, ümumiyyətlə yox olub. Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində böyük insan tələfatı və şəhər infrastrukturuna ciddi zərər dəyib. Elə məhəllələr var ki, ümumiyyətlə orada dağılmamış tikili ev qalmayıb. Minlərlə insan hər an partlayış təhlükəsi ilə yaşamağa məcbur edilir. Döyüş bölgəsindən 100, 200 km aralıda yerləşən iri şəhərlər belə raket atəşinə tutulur. Gəncə, Bərdə, Tərtər şəhərlərinə demək olar ki, fasiləsiz zərbələr atılmaqla şəhər sakinləri çıxılmaz duruma gətirilib. İşğalçı qüvvələrin döyüş meydanındakı biyabırçı məğlubiyyətləri onları daim terrora cəlb edir. İyrənc mahiyyətlərini bütün reallıqları ilə üzə çıxaran Ermənistan işğalçı qüvvələri silahı qüvvələrimiz tərəfindən it kimi qovulurlar. Hərbi silah sursatı atıb qaçan terroristlər müasir Azərbaycan ordusu ilə mübarizə aparmağa heç bir real imkanlara malik deyillər. Onu da yaxşı bilirik ki, Ermənistanın regionda istifadə müddəti artıq çoxdan bitmişdir. Hər keçən gün daha böyük mövqelər itirən işğalçı qüvvələr böyük səylə çalışırlar ki, digər üçüncü ölkələri münaqişəyə cəlb etsinlər. İşğal edilmiş ərazilərin böyük hissəsi artıq bizim nəzarətimizdədir. Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərləri eləcə də keçmiş Hadrut– indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Düşmən qüvvələrdən təmizlənmiş yaşayış məntəqələrinin sayı 150 – yə yaxınlaşır. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Ordu quruculuğu sahəsində İlham Əliyev hakimiyyəti zamanı atılmış addımlar sadalanmalıdır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Təəssüf ki, erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif olunmuş fikir yarada bilmişdilər. Məhz buna görə də torpaqları işğal edilmiş, minlərlə vətəndaş amansız terrora məruz qalmış Azərbaycana qarşı haqsız ədalət prinsiplərinə aşırı əks gələn sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün dövlətimiz tərəfindən aidiyyəti bütün işlər edilir və edilməkdədir. Artıq dünya ölkələri məsələ ilə bağlı bütün həqiqətləri haqlı tərəfin dilindən dəfələrcə dinləmişdilər. Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orda yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Ümumiyyətlə ermənilərin Qafqaza gətirilmələri xüsusilə də Cənubi Qafqazda erməni dövlətinin yaradılması imperialist maraqlar çərçivəsində həyata keçirilmiş iyrənc siyasət idi. Məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi. Qafqaz bürosunun 1921-ci il protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərazində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir. Ermənilərin daha böyük iyrəncliklərinin qarşısını alan əsas amillərdən biri də ozamanki, Sovet İttifaqı rəhbərliyində yüksək vəzifədə təmsil olunan və böyük hörmətə sahib Heydər Əliyev idi. Yalnız Heydər Əliyev siyasi bürodan uzaqlaşdırıldıqdan 2 həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi faktiki olaraq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. Bütün hallarda ermənilərin etdikləri Azərbaycan xalqının, cəmiyyətinin əleyhinə yönəlmiş iyrəncliklər toplusundan başqa bir şey olmayıb. Hərbi əməliyyatların hazırkı gedişatında informasiya sistemi çox önəmlidir. Prezidentin çıxışları həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Prezident daxili auditoriyanı həm 20-ci əsrin əvvəllərinin, həm də 1988 – ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir. Prezident çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həm tarixi həm də hüquqi incəlikləri barədə dəqiq məlumatlandırır. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir. Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycanın mədəni irsini silməyə təşviq mesajıdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirlər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız. Minsk qrupu məsələ ilə bağlı ikili standartlar sərgiləyərək Ermənistana dəstək olduğunu hər zaman hiss etdirmişdir. Ermənistanın birbaşa hansı ölkələrdən hərbi yardımlar aldığını və kimlərə güvəndiyi bütün dünyaya bəllidir. Azərbaycan öz haqq davasında heç bir üçüncü ölkəni köməyə çağırmadı. Cənab Prezident dəfələrlə ifadə etmişdir. Gəlin təkbətək vuruşaq. Ancaq Ermənistan tərəfi qorxusundan bu çağırışa əməl etmədi...






 
Bölməyə aid digər xəbərlər
02.12.2020
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi-VİDEO
02.12.2020
Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ
02.12.2020
Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
02.12.2020
Epidemioloji durum daha da pisləşərsə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaq - Baş infeksionist
01.12.2020
Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info