Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir - Bəhruz Quliyev
Tarix: 29.10.2020 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla, əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuz da ciddi sıxıntılar içərisində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır.

Bunu Trend-ə açıqlamasında SƏS Media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür:

“Ümumiyyətlə Ermənistanda vəziyyətin ağırlaşması təkcə sadaladığım amillərdən ibarət deyil. Sosial-iqtisadi vəziyyəti ağır olan Ermənistanda həm də əsgər anaları ciddi narazılıq içərisindədir. Hətta Ermənistanda Dağlıq Qarabağda öldürülən əsgərlərin valideynləri etiraz aksiyasına başlayıblar. Aksiyada onlar Ermənistan rəhbərliyindən "Boş yerə övladlarımızı məhv etməyin", "Meyitlərimizi verin" kimi şüarlar səsləndiriblər. Erməni ailələri artıq günlərdir ki, sosial şəbəkələrdə övladlarının fotosunu yayaraq, itkin kimi qeydə alınan əsgərlərin tapılmasını tələb edirlər. Bununla belə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan tərəfinə həlak olmuş hərbçilərin cəsədlərinin bitərəfli qaydada qaytarılması təşəbbüsü ilə çıxış etsə də Ermənistan rəhbərliyi hələ ki, bundan imtina edib. Bu faktların özü artıq Ermənistanın daxilində çox ciddi problemlərdən xəbər verir”.

B.Quliyev bildirib ki, istər əvvəlki hakimiyyət, istərsə də bugünkü Paşinyan “dəstəsi” Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini sübut etməkdədir: “Artıq 27 ilə yaxındır ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsində də işğal faktı əksini tapıb. Və bu qətnamələr kağız üzərində qalmaqdadır. Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır, ancaq demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyada qurban kimi qələmə verir, əslində isə işğalçıdır”.

Baş redaktor əlavə edib ki, bu gün ermənilər anlayırlar ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılması sülh və onların təhlükəsizliyinin yeganə qarantıdır: “Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan xeyli güclüdür. Son hadisələr də onu göstərdi ki, Ermənistanda yerləşən Rusiya hərbi bazaları ermənilərin təhlükəsizliyinə zəmanət vermir. Ermənistan hər nə qədər xaricdən muzdlular, terrorçular cəlb etsə də, cəmi 30 günə Azərbaycana ağır şəkildə məğlub oldu. Belə olduqda, erməni silahlı birləşmələrinin bir yolu qalır - işğal olunmuş əraziləri tərk etmək və iqtisadi baxımdan güclənən Azərbaycanın ərazi bütövlüyünü tanımaq. Erməni cəmiyyəti Nikol Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir və ən maraqlısı odur ki, onların gələcək inkişafı da Azərbaycan Konstitusiyasına əməl etməkdən keçir”.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Korona mövsümi xəstəlik kimi qalacaq...-ingilis həkim
02.12.2020
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
02.12.2020
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
02.12.2020
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
02.12.2020
Gülər Əhmədova yeni vəzifəyə təyin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info