Məni zorla döyüşlərə cəlb ediblər - Erməni din xadimi
Tarix: 30.10.2020 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.

Trend-in məlumatına görə, bu barədə əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç özü bildirib. Din xadiminin sözlərinə görə, onu zorla döyüşlərə cəlb ediblər:

"Oktyabr ayında mənə hərbi komisarlıqdan döyüşlərdə iştirak etmək üçün çağırış gəldi. Mən din xadimi olduğum üçün Dağlıq Qarabağda Azərbaycan torpaqlarında döyüşməkdən imtina etdim. Ancaq mənim bu istəyimə onlar rədd cavabı verdilər və bildirdilər ki, hər bir din xadimi döyüşlərdə iştirak etməlidir".

Hovsep Sahakyan qeyd edib ki, o Qubadlı ərazisində Azərbaycan-Ermənistan sərhədində bərkitmə işlərinə cəlb olunub.

Qeyd edək ki, Hovsep Sahakyan Youtube və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
İtkin düşən ermənilərin yaxınları Eçmiədzində aksiya keçirir - VIDEO
30.11.2020
“Özümə yer eylərəm, sonra gör, sənə neylərəm...“
30.11.2020
Putin Paşinyanla görüşməkdən imtina edib...
30.11.2020
Yerevanda əsgər anaları yenidən ayaqda-VİDEO
30.11.2020
Moskvada koronavirusdan daha 74 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info