Daniel Pommier Vincelli: ”Ermənistan işğalçı dövlətdir”
Tarix: 30.10.2020 | Saat: 19:10:00 | E-mail | Çapa göndər




Müsahibimiz Roma Sapienza Universitetinin professoru, beynəlxalq əlaqələr üzrə tanınmış tədqiqatçı Daniel Pommier Vincellidir.

Daniel Pommier Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət strategiyası sahəsində tədiqat aparır. Onun Avropa arxivlərindəki sənədlər əsasında yazdığı “1918-1920-ci illərdə Azərbaycan” kitabında Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti geniş təhlil olunur. O, həmçinin “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının müəllifidir.
Professor Daniel Pommierlə müsahibəni oxucularımıza təqdim edirik.


-Professor Pommier, Ermənistanın Azərbaycan ərazizində hərbi təxribatları nəticəsində Dağlıq Qarabağ münaqişəsi yenidən alovlandı. Ermənistanın hərbi-siyasi hakimiyyətinin müharibəni genişləndirmə cəhdlərini nə ilə izah edərdiniz?

- Nikol Paşinyan hakimiyyətə gələndə və Ermənistanda məxməri inqilab baş verəndə danışıqlar üçün yeni imkan yaratdığını düşünürdük. Ermənistanın “Qarabağ klanı” adlandırılan əvvəlki rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırılmasının danışıqlarda yeni bir mərhələ açdığına ümid edirdik. 1999-cu ilə qədər Ermənistan rəhbərliyini xarakterizə edən kompromis münasibət, aydın görünür ki, baş naziri hərəkətə gətirdi. Təəssüf ki, son iki ildə vəziyyət daha da pisləşdi və Paşinyan sərt millətçi ritorikaya əl atdı: “Qarabağ Ermənistandır” bədnam ifadə, etnik ermənilərin işğal altındakı torpaqlara köçürülməsi, 2020-ci ilin iyul ayındakı hərbi təxribatlar, hücumlar və Ermənistan hərbi-siyasi hakimiyyətinin bu qəbildən olan digər hərəkətləri artaraq müharibəyə səbəb oldu.

-Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin işğaldan azad olunmasına dair BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bütün qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, ərazi ələ keçirmək üçün zor tətbiq edilməsinin yolverilməzliyini qeyd edir. Azərbaycanın işğal edilmiş bütün torpaqlarından, ernəni silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir. Hörmətli professor, sizcə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri niyə bugünədək icra olunmur?

- BMT-nin dörd qətnaməsi münaqişənin sülh yolu ilə həlli üçün çox vacibdir. Bunlar beynəlxalq birliyin fəaliyyəti üçün lazım olan ən yüksək qanuni çərçivəni müəyyən edir. BMT qətnaməsi beynəlxalq hüququn prinsip və qaydalarına əsaslanaraq, hüquqi və siyasi cəhətdən beynəlxalq birliyin ən yüksək və legitim iradəsini ehtiva edir. Əlbəttə həyata keçirmək, reallaşdırmaq həmişə çətindir. BMT-nin bir çox qətnamələri hələ də icra olunmur. Bu vəziyyətdə vasitəçilik forumunun, ATƏT-in Minsk Qrupunun zəifliyi münaqişəni dalana gətirib çıxarıb.

-ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinin və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminin yoxluğunun səbəbi nədir?

- Son 30 ildə beynəlxalq vasitəçiliyin köməyi ilə bir çox beynəlxalq böhran həll edildi. Məsələn, İsrail və Fələstin hələ də münaqişə vəziyyətindədir. Hərbi əməliyyatlarda da səhvlər var. 2001-ci ildən bəri ABŞ-ın Əfqanıstandakı iştirakı barədə düşünün. Minsk Qrupunun fəaliyyətində gəldikdə, ötən 26 il ərzində müharibə edən tərəflər arasında danışıqlar və güzəştə getmək üçün yaxşı məqamlar var idi. Ancaq yaxşı mərhələlər qısa zamanda yox oldu. İnanıram ki, məsuliyyətin bir hissəsi Rusiyaya yüklənməlidir, çünki o, mövcud vəziyyətdən razıdır və Ermənistanla sıx əlaqələri var.

-Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün təcavüskar Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunması labüddür, zəruridir. Sizin bu fikrə münasibətiniz?

-Sanksiyalara inanmıram. İtaliya--mənim ökləm faşist rejimi dövründə sanksiyalara məruz qaldı, çünki Mussolini beynəlxalq birliyin suveren üzvü olan Efiopiyanı işğal etmişdi. İraqlı Səddam Hüseyn 1990-2003-cü illərdə sanksiya altında idi. 2014-cü ildən bəri Rusiya Ukraynanın şərqindəki separatizmə dəstək verdiyi və Krımı Ukraynadan ayırdığı üçün sanksiyalara məruz qalıb. Bütün bu hallarda sanksiyalar nəticə vermədi. Ola bilsin ki, mülki şəxslər və müəssisələr müəyyən dərəcədə zərər görsünlər, lakin dövlət rəhbərliyi fəaliyyət istiqamətini dəyişməyib. Sanksiyalar sadəcə təsirsizdir. Beynəlxalq təzyiqlər fərqlidir. Mən hesab edirəm ki, Qərb ölkələri və cəmiyyətləri Ermənistana beynəlxalq hüquqa hörmət etmək və Azərbaycanla kompromis axtarmaq üçün təzyiq göstərməlidirlər.

-Azərbaycanın mövqeyi tarixi həqiqətə, beynəlxalq hüquqa əsaslanır. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmur. Bu ədalətsizliyin səbəbi nədir?

- Bu müharibə ziddiyyətlərlə doludur. Ermənistan özünü Dağlıq Qarabağ ermənilərinin müdafiəçisi kimi təqdim edir. Ermənistan qondarma Dağlıq Qarabağ Respublikası və ya Artsaxın qondarma varlığını tanımadı. Onlar yalnız “türklər” in “hücumuna” məruz qalan ermənilərə kömək etmək məcburiyyətində olduqlarını söyləyirlər. Bu, qəribə müharibənin paradokslarından və riyakarlıqlarından biridir. Bu müharibədə Azərbaycan rəsmi olaraq, yalnız ölkəsinin ərazi bütövlüyünün bərpasında iştirak edir. Biz sosioloqlar olaraq dövlətlərdən və beynəlxalq təşkilatlardan daha sərbəstik və deyə bilərik: bəli, Ermənistan işğalçı dövlətdir. Bu, bir dəyər mühakiməsi deyil, sadəcə açıq bir faktdır, həqiqətdir.

-Ermənistan mülki əhalinin yaşadığı əraziləri--yaşayış binalarını, kəndləri, evləri, təsərrüfat sahələrini, mülki əhalini ağır artilleriyadan atəşə tutmaqla, müharibə dövründə qadağan olunmş raketlərdən istifadə etməklə Cenevrə Konvensiyanı kobud şəkildə pozur. Diqqətinizə çatdırım ki, humanitar atəşkəs sazişindən sonra, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binaları, Ermənistan ordsu tərəfindən raket hücumu nəticəsində darmadağın edilib. 25 nəfər həlak olub, 100-ə yaxın yaralı var. Həlak olanların içərisində azyaşlı uşaqlar və qadınlar var. Raket Dağlıq Qarabağ bölgəsindən yox, məhz Ermənistan ərazisindən atılıb. Professor, bütün bu və digər çoxsaylı faktlar işğalçı Ermənistanın həm də terrorçu dövlət olmasını göstərmirmi?

- Mülki şəxslərin ölümü ifadəsi çətin olan bir faciədir. Ancaq “terrorizm”, “soyqırımə”, “etnik təmizləmə”, “dini müharibə” kimi sözlərdən istifadə etsək, yalnız qütbləşmə əldə edəcəyik. Bir tərəf həmişə digərini terror fəaliyyətində günahlandıracaq. Düzgün mədəni yanaşma bu cür təxribat xarakterli sözlərdən(erməni tərəfinin geniş istifadə etdiyi) uzaqlaşıb və münaqişənin səbəblərinə və mümkün həll yollarına diqqət yetirmə ola bilər. Qərar beynəlxalq hüquqa əsaslanmalıdır və Azərbaycan düzgün mövqedədir. Onun hədsiz ritorikaya ehtiyacı yoxdur, çünki rasionallıq ölkənizin maraqlarına daha yaxşı xidmət edir. Bu, o demək deyil ki, müharibə cinayətləri mühakimə olunmamalıdır. Birinin adını çəkmək olar—1992-ci il Xocalı qətliamının cinayətkarları hələ də azadlıqdadır.

-Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz. Azərbaycan Avropa İttifaqının energi təminatında mühüm rolu oynayır. Yəni Avropanın Azərbaycanla strateji əməkdaşlığı var, bu ölkədə maraqları var. Belə olan halda, Avropa niyə öz maraqlarına laqeyd qalır, Ermənistanın beynəlxalq hüquqa zidd olan mövqeyinə münasibət bildirmir, işğal etdiyi ərazilərdən çəkilməsi ilə bağlı bəyanat səsləndirmir? Əksinə çox vaxt işğalçı Ermənistana dəstək verirlər.

-Avropa yaxşı bilir ki, enerji təhlükəsizliyi və Azərbaycanla strateji tərəfdaşlıq olmalıdır. olan Azərbaycanla yanaşıdır. İtaliya Azərbaycanla yalnız neft və qaz sahəsində deyil, həm də mədəniyyət, innovasiyalar, turizm, qeyri-neft sektoruna yatırımlar üzərində qurulmuş əla əlaqələrə malikdir. Azərbaycan diplomatiyası bu münasibətləri möhkəmləndirmək üçün yorulmadan və səmərəli çalışır. Lakin Avropa eyni zamanda zəifdir, məlumatı azdır və aydın siyasi mandatı yoxdur. Ümumiyyətlə, güclü erməni diasporuna görə Ermənistanın tərəfini tutan Fransa istisna olmaqla, Qərb ölkələri kənarda qaldı. ABŞ prezidentliyinə namizəd olan Con Bayden açıq şəkildə bildirdi ki, Ermənistanın işğalı əbədi davam edə bilməz, xüsusilə də işğal edilmiş yeddi rayonda. Mən ümid edirəm ki, Qərbin, Avropanın və ya Amerikanın problemin həllinə müdaxilə etməsinin vaxtı şatıb.

-Dünyada beynəlxalq hüquq işləmir. 28 ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması belə deməyə əsas verir, Ermənistan işğalçılıq siyasətini davam etdirir. 30 il keçsə də, Azərbaycan xalqı ərazisinin 20 faizinin işğal olunması faktı ilə barışmır. Biz bütün vasitələrdən istifadə etməklə işğal olunmuş bütün torpaqlarımızı azad edəcəyik. Qafqaz regionu üzrə tanınmış tədqiqatçı alim kimi hadisələrin gələcək inkişafını necə görürsünüz?

- Şübhəsiz ki, Azərbaycan ordu sarıdan qalib gəlir. Əgər proses qaldığı yerdən davam edərsə, Azərbaycan bir neçə ay ərzində Dağlıq Qarabağı və ona bitişik rayonları azad edəcəkdir. Siyasi cəhətdən atəşkəs uğursuz oldu və yeni bir dialoqa sadiqlik yavaşladı. Mən Minsk Qrupunun 2007-2009-cu illərdə qəbul etdiyi Madrid prinsiplərinin müsbət olduğuna çox əminəm. Azərbaycan bu prinsiplərə sadiq qaldı, lakin Ermənistan boykot etdi. Ermənistan fəlakətdən qaçmaq istəyirsə, həqiqətən çox əlverişli olan Madrid prinsiplərini dəstəkləməlidir. Faktiki olaraq, Dağlıq Qarabağ yeddi rayondan ayrıdır, çünki bölgənin taleyi uzun bir ara mərhələdən sonra təxirə salınır. Düşünürəm ki, yeganə uyğun həll yolu BMT qətnamələrini Madrid prinsipləri çərçivəsində həyata keçirməkdir.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
27.11.2020
İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
27.11.2020
Həkim Cavid Paşayev: “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər”
25.11.2020
Müharibə davam etsəydi, bəlkə də Paşinyan... Fransız jurnalistlə müsahibə
23.11.2020
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info