“Azərbaycan Dağlıq Qarabağı hələ ona görə götürmür ki…”
Tarix: 30.10.2020 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


“Putin Azərbaycanın “yeddi rayona” haqqı çatmasıyla bağlı mövqeyini dilə gətirdi, Azərbaycan isə “sülh prosesi”nin vasitəçiləri və ortaq sponsorlarının iştirakı olmadan bunların beş yarımını özü özünə qaytardı”.

Bu sözlər rusiyalı politoloq Maksim Şevçenkonun “Maks atakuet” Teleqram kanalındakı növbəti şərhində yer alıb.

Politoloq daha sonra bunları yazıb:

“İndi bir yarım rayon haqqında danışmağı da tez bir zamanda öyrənməliyik.

Yalnız bir az daha tez – sabah azərbaycanlılar Laçını götürəcəklər və “Dağlıq Qarabağ” nəhayət Stalinqrada çevriləcək.

Ondan sonra isə Rusiyaya təkcə “On iki stul”un Türk vətəndaşının oğlu ilə əlaqəsi olan qəhrəmanı kimi bığlarını tərpətmək qalacaq.

Düşünürəm ki, azərbaycanlılar yalnız bir səbəbdən Qarabağı götürmürlər – ona görə ki, Dağlıq Qarabağdan qaçmaq istəyən hər kəs qaça bilsin.

“DQR liderləri”nin dediyinə görə, azərbaycanlılar Şuşanın bir neçə kilometrliyindədir.

Şuşa dediyin, Dağlıq Qarabağın ürəyidir.

Vasitəçilik xidmətlərinə sabah-birisigün yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqda və əsir-meyit mübadiləsi zamanı ehtiyac ola bilər.

Ancaq fəhmim mənə deyir ki, bunu artıq Moskva deyil, Ağ Evdə yeni bir prezidentin rəhbərliyi ilə Vaşinqton edəcək.

Məğlubiyyətdən sonra Paşinyanın hərbi fəlakətdə Kremli və illər ərzində yalnız Moskvada erməni xalqı və “Artsax” adıyla alver etmiş “Qarabağ avtoritetləri”ni günahlandıraraq KTMT-dən çıxacağına zəmanət vermək olar.

Bir anlıq təsəvvür edək ki, prezident Bayden və prezident Putin danışıqlar prosesinə qoşulmağı və bu məsələdəki vasitəçiliyi təklif edən Ərdoğan və Xameneyiyə zəng edirlər.

Sual budur – onlar kimin telefon zənginə birinci cavab verəcəklər, kimə daha həvəslə söz verəcəklər?

Blef edərkən kartlarınızı bərk-bərk sıxdığınız zaman belə olur… Hamı sadəcə kartını yerə atıb oyunu tərk edir və başqa bir masaya keçir.

O masaya ki, kazino sahibi özü kartları paylayır.

Rusiyanın Qarabağ məsələsindəki kökə və dəyənək siyasəti (eyni zamanda bütün maliyyə spekulyantlar lobbisini bəsləmək) o nəticəyə gətirdi ki, Rusiyaya qalan yalnız bu oldu – Suriyada terrorla mübarizə adı verib bəzi naməlum personajları bombalamaq və “güclü gedişlər” kimi qələmə verilən Türkiyə ilə dialoq.

Və bu gediş – siyasi alətlərin və ssenarilərin tamamilə yoxluğunun göstəricisidir.

Qarabağ məsələsindəki strateji təşəbbüs təcrübəsiz şəkildə itirildi.

Görəsən buna kim cavabdeh olacaq?

Yenə də Navalnı?..” /hit.az/




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Angela Merkel: ‘‘Türkiyәyә dәstәk vermәyә davam etmәliyik’’
01.12.2020
Bako Saakyan: Dayandır dedik, Nikol “davam” əmr etdi!
01.12.2020
Aleksandr Perenciyev: İşğalçılara bircə o lazımdır ki...
01.12.2020
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info