YAP Binəqədi rayon təşkilatının əməkdaşları Dövlət Bayrağı Meydanında oldu
Tarix: 07.11.2013 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatı tərəfindən 9 noyabr Dövlət Bayrağı Günü ərəfəsində Dövlət Bayrağı Meydanına ekskursiya təşkil edilib. Ekskursiyada YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon partiya təşkilatının əməkdaşları, rayon partiya təşkilatının ərazi ilk partiya təşkilatının sədrləri, həmçinin bir çox partiya fəalları - gənclər iştirak edib.
Ekskursiya çərçivəsində Dövlət Bayrağı Meydanının əməkdaşları tərəfindən YAP Binəqədi rayon təşkilatının əməkdaşlarına Azərbaycan bayrağı, onun tarixi, eləcə də Dövlət Bayrağı Meydanının tikilməsi haqda müfəssəl məlumat verilib.
Bildirilib ki, tikintisinə 2007-ci ildə başlanılmış Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyev tərəfindən keçirilib.
Məlumat verilib ki, layihə Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanıb, layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Meydanın ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. Meydanın tikintisində 28 milyon çay daşından istifadə olunub və çay daşları Azərbaycanın bütün bölgələrində olan çaylardan gətirilib. Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007- ci ilin noyabrın 17-də imzalanıb. Eyni zamanda Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında da sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Ekskursiya çərçivəsində YAP Binəqədi rayon təşkilatının əməkdaşları və partiya fəalları Dövlət Bayrağı Muzeyində də olub, muzeyin fəaliyyəti və orada yer alan muzey eksponatları ilə tanış olublar. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Muzey azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulub və muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, eyni zamanda İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Muzeydə Azərbaycan Demokratik Respublikasının ilk bayrağı olan və 95 yaşı olan üç rəngli bayraq qonaqlara nümayiş etdirilib. Həmçinin muzeydə Azərbaycan Respublikasının Konstitusiyası, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolar, sənədlər nümayiş etdirilir.
Eyni zamanda muzeydə fəaliyyət göstərən unikal elektron kitabxana və Dövlət Bayrağı Meydanının tikintisini əks etdirən 3 dəqiqəlik videoçarx YAP Binəqədi rayon təşkilatının əməkdaşları və partiya fəallarına nümayiş etdirilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info