Erməni vandalizminin Kəlbəcər nümunəsi...
Tarix: 13.11.2020 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


BBC-nin REPORTAJINDA

BBC informasiya agentliyi üçtərəfli bəyanata uyğun olaraq ermənilərin Kəlbəcərdən təxliyəsi ilə bağlı videoreportaj hazırlayıb.

Palitranews.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olması nəticəsində Ağdam və Laçınla yanaşı, Kəlbəcərin də müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.

BBC-nin reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Hətta pəncərə çərçivələrini, sanitar qovşaqlarını belə aparırlar. Bununla yanaşı, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi yandırır, məhv edirlər.



Ali Baş Komandan, Prezident İlham Əliyev bu faktı hələ oktyabr ayında “İnterfaks”a müsahibəsində bildirmiş və uzaqgörənliklə xəbərdar etmişdi: "Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki, orada on minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil, buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur".




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ter-Petosyan: “Prosesin belə davamı təkcə Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacaq”
05.12.2020
Köçəryan: “Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir”
05.12.2020
Türkiyə silahlarının effektivliyi Qarabağdakı son müharibə zamanı sübut edildi - Hulusi Akar
05.12.2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı-VIDEO
05.12.2020
“Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info