Sinqapurda keçirilən təlim kursunda “Azərbaycan-Odlar Yurdu” adlı təqdimat olub
Tarix: 08.11.2013 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Sinqapur şəhərində “İqlim dəyişikliyi və enerji dayanıqlığı” mövzusunda təlim kursu keçirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildiriblər ki,
kursda Azərbaycanı agentliyin əməkdaşı Rasim Məmmədov təmsil edib.
Kursda Sinqapur Ekologiya İnstitutunun alimlərinin ətraf mühit, iqlim dəyişikliyi, enerji dayanıqlığı və enerji səmərəliliyi mövzularında mühazirələri dinlənilib, ölkədə aparılan yaşıllaşdırma siyasəti, tullantıların utilizasiyası, çirkab sularının təmizlənməsi barədə məlumatlar verilib.
Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin “İqlim dəyişikliyi və enerji dayanıqlılığı” mövzusunda təqdimatı olub.
Təlim kursunda, həmçinin inkişaf etməkdə olan dövlətlərdə alternativ və bərpa olunan enerji inkişafının mövcud durumu və təmiz, yaşıl enerji məsələləri və buna verilən önəm ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizlə bağlı “Azərbaycan-Odlar Yurdu” adlı təqdimat keçirilib, respublikamızda aparılan quruculuq işləri barədə geniş məlumat verilib. Habelə alternativ və bərpa olunan energetika sahəsindəki inkişafdan, enerji dayanıqlılığı, enerji səmərəliliyinin artırılması, ətraf mühitin qorunması, qlobal istiləşmənin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Eyni zamanda, Azərbaycan haqqında videoçarx nümayiş olunmuş, Prezident İlham Əliyevin enerji siyasəti, alternativ və bərpa olunan energetikaya göstərdiyi diqqət və qayğıdan danışılıb.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info