Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qubada bölgə sakinlərini qəbul edib
Tarix: 08.11.2013 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Sentyabrın 8-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qubadakı Heydər Əliyev Mərkəzində şimal bölgəsinin sakinlərini qəbul edib.
Komitənin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Abşeron, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin meşə fonduna aid ərazilərə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, Dövlət Aktlarının qaimələrində torpağın mövcud keyfiyyət göstəricisinə uyğun düzəlişlərin aparılmaması, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan mübahisələr və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər komitənin əməkdaşları tərəfindən araşdırılaraq qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün müvafiq rayon və şəhər şöbələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara göndərilmək üçün qeydə alınmış və nəzarətə götürülüb.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info