Bu qidalar sümükləri əridir
Tarix: 16.11.2020 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Bəzi məhsullar insan bədənindəki sümüklərin əriməsinə gətirib çıxarır.>

Duz. Kalsium sümüyün əsas hissəsini təşkil edir. Kalsiumun 99% -i sümüklərdə və dişlərdə olur. Duzdan ibarət olan natrium kalsiumu qandan kənarlaşdırır və nəticədə kalsium böyrəklərdən sidiklə xaric olur. Qanda natriumum səviyyəsi yüksək olanda isə sümüklər parçalanmağa başlayır.

Bunun üçün yarımfabrikatlardan - dondurulmuş yeməklər, konservləşdirilmiş şorbalar, pizza və “fast food”dan imtina etmək lazımdır. Az duz yemək də əsas faktorlardan biridir. Onda kalsium sidiklə bədəndən xaric olmaz, yəni sümüklər möhkəm olacaq.

Alkoqol. Spirtli içki kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Alkoqol, sümük əmələ gətirən hüceyrələri (osteoblastlar – Red) sıradan çıxarır və bu səbəbdən sümük hüceyrələri məhv olur. Bütün bunlar tez-tez sınıqlara səbəb olur. Odur ki, spirtli içkidən imtina ən effektiv müalicədir.

Trans yağlar. Trans yağlar və ya hidrogenləşdirilmiş yağlar marqarində olur. Marqarin un məmulatlarının hazırlanmasında daha çox istifadə olunur. Trans yağlar isə souslarda, salatlarda və konservlərdə olur. Trans yağlar sümüklərimizi güclü edən “K” vitamininin sintezini bloklayır. Nəticədə sümüklər kövrək olur.

Bunun qarşısını almaq üçün məhsulun tərkibini diqqətlə oxuyun. Kaliumla zəngin göyərti, tərəvəz və meyvələrdən çox yeyin. Kalium kalsium itkisini dayandırır və qan turşuluğunu azaldır. Turşuluq nə qədər yüksəkdirsə, sümüklərdən o qədər az kalsium ayrılır. 30 yaşdan sonra osteoporoz riski artdıqda sümük sağlamlığınıza nəzarət etməyi unutmayın




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Bondun silahı hərracda satıldı
05.12.2020
NASA dörd şirketlə müqavile bağladı
05.12.2020
Dünyanın nəhəng buzdağı əriyir
02.12.2020
Nar meyvəsi “Viaqranı” əvəz edə bilər
02.12.2020
Elon Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info