Türkiyə XİN: “Azərbaycanla əməkdaşlıq şəraitində hərəkət edirik”
Tarix: 08.11.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ləvənt Gümrükçü xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə parlamentində “Ermənistanla sərhədi açmağa hazırlaşdıqları və Azərbaycanı buna razı salmağa çalışdıqları” haqda açıqlama vermədiyini bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, L. Gümrükçü mətbuatda bu barədə yayılan xəbərləri təkzib edib: “Türkiyə Qafqazda sülhün kompleks şəkildə inkişafını istəyir. Bu çərçivədə ölkəmiz Azərbaycandakı işğalın sona yetməsinə yönəlmiş addımlara paralel olaraq regional əməkdaşlığın inkişafına yönəlmiş hər cür addımı müsbət dəyərləndirəcəyini daha öncə dəfələrlə ifadə edib. Bu məsələdə Azərbaycanla əməkdaşlıq şəraitində və birgə hərəkət edirik. Hər məsələni hər səviyyədə ətraflı şəkildə müzakirə edirik. Bunu bir tərəfin digər tərəfi razı salmağa çalışması şəklində deyil, bərabər yapılan çalışma kimi görmək lazımdır. Azərbaycanı razı salmağa çalışdığımız yönündə mətbuatda yer alan xəbərlər doğru deyil. Ancaq Türkiyə bölgədə atılacaq hər addıma paralel olaraq əməkdaşlığın kompleks şəkildə inkişafına yönəlmiş hər addımı müsbət qiymətləndirəcək”. L. Gümrükçü ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə son səfərinə də toxunaraq Türkiyənin Minsk qrupunun üzvü kimi bu prosesi çox yaxından izlədiyini, son görüşlərdən sonra həll prosesində hansı addımların atılacağını söyləməyin hələ tez olduğunu bildirib. Prosesin yenidən canlanması üçün gözlənti və çalışmalar olduğunu diqqətə çatdıran sözçü qeyd edib ki, Türkiyə tezliklə bu məsələnin həllini istəyir və regional sülhü dəstəkləyəcək hər cür addımı atmağa hazırdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info