“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
Tarix: 20.11.2020 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Yaradıcı Təşəbbüslər Mərkəzi “İncəsənət videomühazirələri” adlı yeni layihə həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi “Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər” mövzusunda qrant müsabiqəsi çərçivəsində gerçəkləşən layihə incəsənətin müxtəlif növlərini əhatə edən videomühazirələrdən ibarətdir.

Zəngin tarixə və dərin köklərə malik Azərbaycan maarifçilik ənənələri bu gün də milli mədəniyyətimizə xidmət etməkdədir. Hazırda yaşadığımız informasiya cəmiyyəti, malik olduğumuz informasiya-kommunikasiya texnologiyaları maarifçilik ideyalarının həyata keçirilməsi üçün yeni imkanlar açır. Qarabağ savaşında qazanılan möhtəşəm qələbə milli özünüdərk prosesini, milli dəyərlərimizin öyrənilməsi və təbliği məsələsini daha da aktuallaşdırır. Bu mənada, böyük maarifçilik funksiyası daşıyan “İncəsənət videomühazirələri” layihəsi xüsusi əhəmiyyətə malikdir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovun rəhbərlik etdiyi layihə çərçivəsində “Üzeyir Hacıbəylinin maarifçilik fəaliyyəti” “Kino sənətində karnavallıq”, “Azərbaycan sirk ustaları dünya arenasında”, “Dünya və Azərbaycan təsviri sənətində Tomris ikonoqrafiyası” və “Şekspir əsərlərinin müasir səhnə interpretasiyası” kimi maraqlı mövzularda dünya və Azərbaycan incəsənətinin müxtəlif problemlərinə dair videomühazirələr hazırlanaraq elektron resurslara yerləşdirilib. İzləyicilər bu mühazirələrlə professor Ülviyyə İmanova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, sənətşünaslıq üzrə fəlsəfə doktorları Vidadi Qafarov, Sevil Kərimova, Rəcəb Məmmədov və Elçin Cəfərov kimi tanınmış mütəxəssislərin təqdimatında tanış ola biləcəklər. Elmi-populyar üslubda hazırlanan, audio-vizual materiallarla zəngin mühazirələr hər bir internet istifadəçisi, xüsusən də gənc nəsil üçün maraqlı və faydalı olacaq, incəsənətin təbliğində öz rolunu oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
03.12.2020
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
01.12.2020
Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info