Azərbaycan beynəlxalq konfransda iştirak edəcək
Tarix: 12.11.2013 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


13-14 noyabrda Vilnüsdə "Mədəni irs və Aİ-2020 strategiyası - vahid yanaşmaya doğru" adlı beynəlxalq konfrans keçiriləcək. “Palitra”nın Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Litva Respublikasının Avropa İttifaqı Şurasına prezidentliyi çərçivəsində təşkil olunan tədbirdə ölkəmiz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Mədəni irsin qorunması məsələlərinin şəhərsalma, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri ilə əlaqəli şəkildə müzakirəsi nəzərdə tutulan konfransda Avropa ölkələrinin təcrübələri nümayiş olunacaq, alim, mütəxəssis və dövlət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq.
Beynəlxalq konfransda Avropa İttifaqının, Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Avropa Şurasına üzv ölkələrin dövlət nümayəndələri, akademik və peşəkar irs mütəxəssisləri, milli, regional və yerli institutların təmsilçiləri iştirak edəcəklər.
İki gün davam edən tədbirin sonunda konfransın qətnaməsi qəbul olunacaq, həmçinin qonaqlar üçün YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Vilnüs şəhərinin tarixi mərkəzinə səfər təşkil ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info