Ermənilərin dağıtdıqları evlərin heç biri onların deyil - Ağdam köçkünü
Tarix: 20.11.2020 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Bu gün ermənilərin Ağdamda və Kəlbəcərdə yandırdıqları evlərin heç biri onlara məxsus olmayıb. Onlar bu torpaqların əsl sahibi olan azərbaycanlıların evlərində məskunlaşıblar və indi yandırdıqları əmlakları da vandallıqla əldə ediblər.

Bunu Trend-ə Ağdamdan olan 65 yaşlı məcburi köçkün Tünzalə Vəliməmmədova deyib.

Ağdam işğal edilənədək rayonun Əhmədavar kənd məktəbinin direktoru vəzifəsində çalışdığını deyən T.Vəliməmmədova bildirib ki, ermənilər hər zaman azərbaycanlılara qarşı qeyri-insani əməllər törədiblər: "Onlarda hər zaman vandallıq olub. Sovet dövründə öz xislətlərini tam olaraq, üzə çıxara bilmirdilər. Lakin 1988-ci ildə biz Ağdama gələn erməni ustalardan Qarabağla bağlı iddialar eşidirdik".

T.Vəliməmmədova qeyd edib ki, Ağdam işğal edilən günədək- 1993-cü il 23 iyuladək kəndlərini tərk etmək istəməyib. Kəndin hər bir sakini də son ana qədər döyüşərək torpaqlarını erməni vandallarına təslim etmək istəməyib:

"İşğal günündə artıq kəndi tərk etmək məcburiyyətində qaldıq. İşğaldan əvvəl - iyulun 17-də ermənilərin atdığı mərmi nəticəsində evim tamamilə yanmışdı. Nə qədər insanın evi yanmışdı, mal-qarası tələf olmuşdu. Kənddən heç nəsiz çıxdıq".

1993-cü ildən 2006-cı ilədək Bərdədə 20 mindən çox Xocalı, Zəngilan, Ağdam sakininin sığındığı 1 saylı çadır düşərgəsində məskunlaşdıqlarını və orada çox ağır günlər keçirdiklərini söyləyən müsahibimiz qeyd edib ki, 2006-cı ildən Ağdamın yeni salınan Bənövşələr qəsəbəsində yaşayır və orada məktəb direktoru kimi çalışır:

T.Vəliməmmədova deyib ki, Ağdam işğaldan azad olunandan sonra ilk olaraq atasının dəfn edildiyi və rayonun ən böyük qəbiristanlığı olan Qarağacı qəbiristanlığına gedəcək:

"Prezident İlham Əliyev bizim üçün mümkün olmayanı mümkün etdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı özümüzə qaytarır. Hər şey ürəyimizcədir. Biz rayona qayıdacağımız günü gözləyirik".




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü
02.12.2020
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
02.12.2020
Kəlbəcər rayonu Söyüdlü (Zod) qızıl yatağı - VİDEO
02.12.2020
Azərbaycanda 3942 nəfər COVID-19-a yoluxub, 2265 nəfər sağalıb, 37 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info