“Azad Həmfikirlər” GMİB növbəti layihəsini həyata keçirir
Tarix: 12.11.2013 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin məqsədi region gəncləri arasında sağlam həyat tərzini təbliğ etməkdir

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi” layihəsini həyata keçirir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihənin həyata keçirilməsində həkim, hüquqşünas alimlər və təşkilatçılardan ibarət professional işçi qrupu bu işlərin yerinə yetrilməsində iştirak edirlər.
Təşkilatçıların apardıqları təşkilati işlər nəticəsində məktəblərin yuxarı sinif şagirdləri və gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, İİV və hepatit B, C ilə bağlı Şəmkirdə tədbir keçirilib. Tədbir Ziya gənclər mərkəzində keçirilib. Tədbirdə mərkəzin direktoru, Şəmkir Gənclər İdarəsinin rəisi Pərvin Gözəlov, müavin Qiyas Cəfərov, rayonun təhsil şöbəsinin metodisti və s. şəxslər iştirak ediblər.
Tədbirdə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxış edərək layihənin məqsədi haqda danışıb: “Layihənin məqsədi gənclər arasında məhsuldar əmək, əməyin və istirahətin rasional rejimi, zərərli adətlərin aradan qaldırılması, optimal hərəkət rejimi, şəxsi gigiyena, möhkəmlənmə, rasional qidalanmanın təblığı, İİV və hepatit B, C ilə bağlı problemlərdən qaçılması ilə bağlı biliklərin aşılanmasıdır. Həmçinin gənclərdə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin normal daimi həyat tərzi olmasına çevrilməsidir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info