Şevçenko ermənipərəst iddiaları darmadağın etdi
Tarix: 20.11.2020 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Rusiyalı jurnalist Maksim Şevçenko “EXO Moskvı” radiosuna müsahibə verib. Palitranews.az Axar.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Qarabağ ərazisi Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Sizcə, bu proses necə gedir? Bunları izləmək sizin üçün nə qədər ağrılıdır və ya əksinə?

- Sualınızı başa düşmürəm, niyə ağrılı?

- Orada mədəni dəyərlərin məhvinə dair video…


- Qarabağdakı mədəni dəyərlər azərbaycanlılar tərəfindən məhv edilmir. Ermənilər meşələri qırır və evləri yandırır. Azərbaycanlılar heç bir mədəni dəyərləri məhv etmir. Azərbaycanlılar Cəbrayıl və başqa yerlərə gəldikdə, orada dağıdılmış, təhqir olunmuş qəbiristanlıqlar, içində donuz saxlanan məscidlər və bu kimi digər faktlarla qarşılaşır.

Üstəlik, müharibə bitib, indi bu barədə danışmağın nə anlamı var? Bəllidir ki, bu müharibənin davam etməsini istəyən var. Şəxsən mən Qarabağ ərazisindəki bütün mədəni xristian obyektlərinin Azərbaycan tərəfindən qorunacağını deyən İlham Əliyevə inanıram.

- Yəni sizə elə gəlir ki, kilsələrin təhqir olunduğunu göstərən bütün bu videolar saxtadır?


- Mən anlaşılmayan, bilinməyən mənbələri olan videolara münasibət bildirmirəm. Sadəcə başa düşə bilmirəm, azərbaycanlılar kilsələri necə və niyə təhqir etsinlər? Və tam olaraq bunu harada edirlər? Azərbaycanlılar kəndlərə gəlir, ata-babalarının yatdıqları qəbirlərin alt-üst olduğunu, qəbir daşlarının sındırıldığını görürlər. Niyə bu videoları xatırlamırsınız?

- Yəni kilsələrin bu təhqirinə cavab olaraq, bu, təbii bir reaksiyadır...

- Kilsələrin hər hansı bir təhqirindən xəbərim yoxdur. Bunu elə təsvir edirsiniz ki, guya azərbaycanlılar kilsələri təhqir etmək üçün gəlir. Bu, doğru deyil!

Bəs erməni vandalizmi nəticəsində zərər görmüş Azərbaycanın mədəni abidələrinin, məscidlərin, müsəlman qəbiristanlıqlarının təhqir olunması?

Onların (ermənilərin – red.) Zəngilan, Cəbrayıl, Füzuli və s. ərazilərdə törətdikləri vəhşiliklər necə?

SSRİ xalq artisti Bülbülün Şuşadakı evi və abidəsinə nələr edilib... Videonu görməmisiniz? Bu, Ermənistandakı erməni icması tərəfindən müzakirə olunurmu?

- Aydın məsələdir ki, nə Ermənistan, nə də Azərbaycan bunu araşdıracaq...

- İnanıram ki, Azərbaycan kilsələrin təhqir olunmasını araşdıracaq. Hətta əminəm. Çünki İlham Əliyev açıq şəkildə Qarabağ ərazisindəki xristian abidələrini qoruyacağını bəyan edib. Buna görə də belə faktlar yaranarsa, Azərbaycan Prokurorluğunun xristian kilsəsinin alçaldılması və ya məhvi ilə bağlı cinayət işi açacağına əminəm. Bənzər faktlar Ermənistan tərəfində olacaqmı? Sözün düzü, şübhə edirəm!




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
27.11.2020
İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
27.11.2020
Həkim Cavid Paşayev: “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər”
25.11.2020
Müharibə davam etsəydi, bəlkə də Paşinyan... Fransız jurnalistlə müsahibə
23.11.2020
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info