Biz təkcə meydanda məğlub olmadıq... – Sərkisyandan şok
Tarix: 21.11.2020 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzdu.

Palitranews.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan “Arovat” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb:

“1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 mindir və ya 130 mindir. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sərkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi:

“Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.

Erməni prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın Feysbukdan “kopipəst”dən başqa bir iş görmədiyini bildirib. Buna baxmayaraq, Ermənistanda informasiya texnologiyaları sahəsində yaxşı kadrların olduğuna inandığını da qeyd edib.

Sərkisyan elmdə də geri qaldıqlarını, Ermənistanda hər şeyin insanlardan, ayrı-ayrı fərdlərdən asılı olduğunu, sistem formalaşmadığını bildirib.

Dövlətə, sistemə inam və münasibətdə ciddi problemlər olduğunu deyən Sərkisyan ordudan başlayaraq, bütün sahələrdə sistemin yaradılmalı olduğunun vacibliyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Angela Merkel: ‘‘Türkiyәyә dәstәk vermәyә davam etmәliyik’’
01.12.2020
Bako Saakyan: Dayandır dedik, Nikol “davam” əmr etdi!
01.12.2020
Aleksandr Perenciyev: İşğalçılara bircə o lazımdır ki...
01.12.2020
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info