Azərbaycan Prezidenti: Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını kobud şəkildə pozub
Tarix: 21.11.2020 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib:


"Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik".




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ter-Petosyan: “Prosesin belə davamı təkcə Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacaq”
05.12.2020
Köçəryan: “Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir”
05.12.2020
Türkiyə silahlarının effektivliyi Qarabağdakı son müharibə zamanı sübut edildi - Hulusi Akar
05.12.2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı-VIDEO
05.12.2020
“Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info