Əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfərdir
Tarix: 13.11.2013 | Saat: 12:33:00 | E-mail | Çapa göndər


2013-cü ilin oktyabrın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 39,5 faizi kişilərdən, 60,5 faizi isə qadınlardan ibarətdir. Onlardan 62,2 faizi yaşa görə, 27,1 faizi əlilliyə gərə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.
Yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaradıb. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, cari ilin oktyabrın 1-nə bu məbləğ 170 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 187,6 manata çatıb.
Əmək pensiyası - “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

İlkin










 
Bölməyə aid digər xəbərlər
20.06.2018
İsmayıllıda yol tikintisinə vəsait ayrıldı
20.06.2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
20.06.2018
“Bakcell” sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib
20.06.2018
 Kamran Nəzirlinin iki kitabının təqdimatı olub
20.06.2018
Qaçaqmalların ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info