ATGTİ nümayəndələri Macarıstanda elmi konfransa qatılacaq
Tarix: 13.11.2013 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Macarıstanın paytaxtı Budapeşt şəhərində 13-15 noyabr 2013-cü il tarixlərində Aspirantların Beynəlxalq Şəbəkəsi (Pİ-NET), Macar PhD Assosiasiyası və Macarıstan Milli Tələbə Şurasının (HÖOK) birgə təşkilatçılığı ilə keçirilən “Elm və araşdırma etikası” konfransında iştirak edəcək.
Konfransda magistratura pilləsindən sonrakı təhsil (fəlsəfə doktorluğu və s.), elmi araşdırmalar, nəşrlərin əhəmiyyəti və üstünlükləri, bu sahələrdə olan problemlər kimi məsələlər müzakirə olunacaq.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibi Hüseyn İsmayılov “Palitra”ya bildirib ki, ATGTİ-nin nümayəndələri, Azərbaycan Universitetinin magistrantları Cəmil Hüseynov və Cavid İsmayılov Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşüb. Səfər çərçivəsində 13-15 noyabr tarixlərində nümayəndələrimiz Budapeşt şəhərində konfrans, vorkşop və müzakirələrə qatılacaq, 16-17 noyabr tarixlərində isə Debrecen şəhərində müxtəlif universitetlərin tələbə birlikləri ilə qarşılıqlı və birgə fəaliyyətin perspektivlərini müzakirə edəcəklər.






 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info