ABŞ-da Azərbaycanla bağlı tədbir keçirilib
Tarix: 14.11.2013 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda yerləşən və mədəniyyətlər arasında dialoqun təşviqini dəstəkləyən "Rumi Forum" ilə birgə "Azərbaycan - inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah" mövzusunda dəyirmi masa təşkil edilib.
Səfirliyin yaydığı məlumata görə, tədbirdə bir sıra tanınmış analitik mərkəzlərin nümayəndələri və nüfuzlu ekspertlər iştirak ediblər.
"Rumi Forumun" direktoru Emre Çelik forumun fəaliyyəti və rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığı barədə məlumat verib.
Bundan sonra çıxış edən səfir Elin Süleymanov mövzunun vacibliyini qeyd edərək, Azərbaycanın regionda liderə və uğurlu inkişafın nümunəsinə çevrildiyi, ölkəmizin dünya miqyasında artan rolu barədə danışıb. Bildirilib ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir.
Tədbirdə moderator qismində çıxış edən ABŞ-da yerləşən Yaxın Şərq İnstitutunun eksperti, 31 oktyabr-1 noyabrda Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmiş Aleks Vatanka Azərbaycanın müstəqillik dövründə möhtəşəm nailiyyətlər əldə etdiyini bildirib. Amerikalı ekspert ölkəmizin bütün sahələrdə gözəçarpan dərəcədə inkişafını qeyd edərək, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın bir çox müsəlman dövlətləri üçün bu baxımdan nümunə ola biləcəyini ifadə edərək, Amerikalı siyasətçiləri ölkəmizin regiondakı artan roluna və apardığı siyasətə daha çox diqqət yetirməyə çağırıb.
Bundan sonra tədbirin iştirakçıları arasında regionda gedən mühüm proseslər və ölkəmizin rolu barədə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak etmiş ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri səfir Keri Kavano Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və onun həmsədr olduğu dövrdə şəxsi təcrübəsindən söz açıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib
29.05.2020
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur
29.05.2020
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info