“Zəngin Azərbaycan bu gün daha inamlı və güclüdür”
Tarix: 14.11.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Roman Yakovlevskiy: “Azərbaycan öz ərazi bütövlüyünü
qorumaqda israrlıdır, bu ölkənin hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur”


Ermənistanın ardınca Ukraynanın da Avropaya inteqrasiya siyasətinin qarşısını almağa çalışan Rusiya müxtəlif manevrlərə əl atır. Ekspertlərin bir qismi hesab edir ki, Putinin bu manevrləri və təzyiqləri nəticəsində Ukrayna noyabrın 19-da Avropa İttifaqı ilə anlaşma imzalamayacaq. Artıq bunun ilk işarələri görünməkdədir. Belə bir məqamda Rusiya prezidenti Putinin dekabrın əvvəlində İrəvana səfər etməyə hazırlaşması diqqət çəkən məqamlardan biridir. Ermənistan rəhbərliyi Rusiya dövlət başçısının uzun müddətdir bu ölkəyə səfər etməməsinə görə çox narahat idi. Rusiya dövlət başçısının yeni müddətə prezident seçilməsindən sonra bölgədə ilk səfərini Azərbaycana etməsi Moskvanın regiona münasibətinin göstəricisi kimi qəbul edilir.
Kreml bununla göstərdi ki, Cənubi Qafqazda onun üçün əsas dövlət Azərbaycandır. Ona görə də Putin Bakıya səfər etməklə Azərbaycana verdiyi önəmi nümayiş etdirdi. Ermənilərin bütün cəhdlərinə baxmayaraq Putin onların istədiyi vaxtda bu ölkəyə səfər etmədi. Putin Ermənistanı müstəqil dövlət kimi qəbul etmədiyindən bu dövlətə elə layiq olduğu “forpost” münasibəti göstərir. Gələn ayın əvvəlində Putinin İrəvana nəzərdə tutulan səfərinin pərdəarxası məqamları ilə bağlı müxtəlif mülahizələr səsləndirilir. Belarusun “Xartiya97” nəşrində dərc edilən məqalədə də Putinin gözlənilən İrəvan səfəri dəyərləndirilib. Roman Yakovlevskiy məqaləsində yazır ki, Türkiyə, Hindistan və Vyetnamın Gömrük İttifaqına qoşulması ilə bağlı səsləndirilən fikirlər hiyləgərlikdən başqa bir şey deyil: “Putin hələlik Yanukoviçlə bağlı məsələni həll etməklə məşğuldur. Hələlik sırada Ukraynanın Avropaya inteqrasiyasının qarşısını almaqdır. Ondan sonra növbə Ermənistanındır. Putin dekabrın əvvəlində çoxdan getmədiyi Ermənistanı ziyarət edəcək. Putin Ermənistanla bağlı məsələni yerində həll etmək istəyir. Ermənistan əvvəlcə Avropaya inteqrasiya siyasəti həyata keçirdi. Amma sentyabrın 3-də Ermənistan prezidenti Moskvada açıqladı ki, Gömrük İttifaqına qoşulmaq istəyir. Bununla da Avropa İttifaqının səyləri puça çıxdı. Bu məsələ daha sonra Minskdə də müzakirə edildi. Ermənistana vəd olunan azad ticarət zonası nə Qərbdə, nə də Rusiyada ciddi qəbul olunur. Putin Ermənistana Vilnüs sammitindən sonra, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin Kiyevdə keçiriləcək toplantısı ərəfəsində səfər edəcək”. Müəllif məqaləsində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur: “Azərbaycan öz ərazi bütövlüyünü qorumaqda israrlıdır, Ermənistan isə tanınmamış rejimin maraqlarını qoruyur. Amma separatçı rejim danışıqlarda tərəf kimi tanınmır. Türkiyə bu məsələdə Azərbaycanı dəstəkləyir. Neftlə zəngin Azərbaycan bu gün daha inamlı və güclüdür. Ölkənin hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. Bakı hətta hərdən Ankaranı da İrəvana qarşı «yumşaq siyasətinə» görə məzəmmət edir. Türkiyə ilə Azərbaycan yenə də “bir millət, iki dövlət” siyasətinə sadiqdirlər. Türkiyə bir daha bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması şərti ilə Ermənistanla sərhədləri aça, dəmiryolu əlaqəsini bərpa edə bilər. Bu haqda Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu parlament komissiyasında çıxışı zamanı məlumat verib. Ekspertlərin fikrincə, Ermənistanın Avropaya inteqrasiya siyasətinin pozulması Kremlin marağındadır. Rusiya bu siyasətdə Dağlıq Qarabağ münaqişəsindən də istifadə edərək Ermənistanı geosiyasi təsir dairəsində saxlayır”. Müəllif qeyd edib ki, Ermənistanda noyabrın 5-də keçirilmiş etiraz aksiyasında Sərkisyanın siyasəti tənqid edilib. Aksiya iştirakçılarına qarşı polis dəyənəkdən və gözyaşardıcı qazdan istifadə edilib. Etiraz edənlər Ermənistanın Avropaya inteqrasiya siyasətindən imtina etməsi ilə razılaşmırlar: “Şübhəsiz ki, Rusiya bu məsələni diqqətdən kənarda qoya bilməz. Məsələ ondadır ki, Ermənistan hakimiyyətinin daxilində də Avropaya inteqrasiyanı dəstəkləyən qüvvələr var və onlar Sərkisyanın 3 sentyabr açıqlaması ilə razılaşmırlar. İrəvanda cərəyan edən proseslər Putinin Ermənistanla bağlı planında müəyyən korrektlər etməsinə səbəb ola bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info