Heydər Əliyev Fondu Ştutqardda “Azərbaycan gecəsi” təşkil edib
Tarix: 15.11.2013 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Heydər Əliyev Fondu Almaniyada “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində daha bir möhtəşəm tədbir keçirib.
Heydər Əliyev Fondu Azərbaycanın Ştutqarddakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə “Azərbaycan gecəsi” təşkil etmişdir. Gecədə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti qonaqlarda dərin təəssürat yaradıb.
“Azərbaycan gecəsi”ndə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin musiqiləri, Xalq Artisti Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda ifaları, Köln şəhərinin “Minguet Quartett”inin çıxışı tamaşaçıların zövqünü oxşayıb. Fikrət Əmirovun “Miniatürlər”i, Cövdət Hacıyevin “Ballada”sı, Tofiq Quliyevin “Qaytağısı” alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Ştutqarddakı fəxri konsulu Otto Hauzer çıxış edərək Azərbaycanın musiqi və milli adət-ənənəsinin bir xəzinə olduğunu vurğulayıb. Azərbaycanın tarixən tolerantlıq diyarı kimi tanındığını bildirib.
Otto Hauzer belə bir tədbirin təşkilinə görə, Heydər Əliyev Fonduna təşəkkür edib. Bildirilib ki, Heydər Əliyev Fondu bu cür layihələrlə Azərbaycanı dünyada tanıtmaqla yanaşı, ölkələrin bir-biri ilə əlaqələrin genişlənməsinə xidmət edir. “Azərbaycan dünyada öz tolerantlığı ilə fərqlənir. Heydər Əliyev Fondu ölkədə tolerantlığın mövcud olmasında önəmli rol oynayır” - deyə, Otto Hauzer bildirib. Onun sözlərinə görə, Ştutqarddakı bu tədbir Azərbaycan mədəniyyətini təkcə musiqi ilə deyil, digər tərəfləri ilə də göstərəcək. Bunlardan biri də Azərbaycan mətbəxidir. Belə ki, tədbir çərçivəsində Azərbaycan mətbəxi, süfrə mədəniyyəti qonaqlara təqdim olunur”.
Tədbir çərçivəsində “Almanlar Azərbaycanda” adlı foto sərgisi təşkil olunub, Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrlər təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Almaniyada silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixi və mədəni irsini tanıdan, iki ölkə arasında əlaqələrin genişlənməsinə xidmət edən müxtəlif layihələr həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
5-ci beynəlxalq rəsm müsabiqəsində həmyerlilərimiz qalib olub
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info