“Xalq sənətimiz gənclərin ifasında” layihəsi həyata keçirilir
Tarix: 15.11.2013 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Xalq sənətimiz gənclərin ifasında” layihəsi həyata keçirilir.
Layihənin rəhbəri Səbinə Əliyeva AzərTAc-a bildirmişdir ki, layihə dekorativ tətbiqi sənət növləri olan xalçaçılıq, dulusçuluq, bədii keramika sahələrindən ən az biri üzrə təhsil almış və ya bu sahədə müəyyən bacarıqları olan 17-29 yaş qrupu arasındakı gənclər üçün nəzərdə tutulub.
Seçilmiş iştirakçılar üçün Qubada dekabrın 6-dan 8-dək 3 günlük qış məktəbi, daha sonra onların əl işlərindən ibarət sərgi keçiriləcək.
Layihənin əsas məqsədi texnologiyanın inkişafı ilə əlaqədar unudulmaqda olan mədəni tarixi dəyərlərimizə sahib çıxmaq, ənənəvi xalq sənəti növlərimizi tanıtdırmaq, dekorativ tətbiqi sənət növləri üzrə yeni nümunələri üzə çıxartmaq, gənclərə bu sahədə müəyyən bilik verməkdir.
Qış məktəbində iştirak ödənişsizdir. İştirakçılar sertifikatla təltif olunacaqlar.
Layihədə iştirak etmək istəyənlər özləri haqqında məlumatı və işlərinin fotolarını xalqsenetimiz@gmail.com ünvanına noyabrın 18-dək göndərə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info