İsveçrənin səfiri universitetdə
Tarix: 15.11.2013 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Obişer Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetlə tanışlıq zamanı qonağa universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.
Rəsmi qəbul zamanı universitetin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi daim diqqət mərkəzindədir. Naxçıvan Dövlət Universiteti müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir universitetdir. Universitet 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, TQDK-nın tərtib etdiyi ali təhsil müəssisələrinin reytinq cədvəlində yeddinci yerdə dayanır. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər. Paskal Obişer Naxçıvana ilk səfəri, buradakı yüksək təhsil infrastrukturu haqqında xoş təəssüratlarını bölüşüb, Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat İsveçrədəki təhsil sistemi haqqında geniş məlumat verərək bildirib ki, İsveçrə universitetləri öz reytinqinə görə dünyanın ən qabaqcıl universitetləri sırasındadır. Beynəlxalq universitetlər kimi fəaliyyət göstərən, əksər məşhur Avropa universitetləri ilə əməkdaşlığa malik olan İsveçrə ali məktəblərinin Naxçıvan Dövlət Universiteti ilə də ən müxtəlif sahələr üzrə tərəfdaşlığı birgə tərəqqi baxımından mühüm rol oynayacaq. Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsindən sonra tələbələrlə görüş keçirilib, Paskal Obişer sualları cavablandırıb.

Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
TƏBİB çimərliklərlə bağlı açıqlama verib
10.07.2020
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
10.07.2020
COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı
09.07.2020
Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb
09.07.2020
Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
3 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
4 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
5 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info