“O…”nun hər bir oxucuya deməyə sözü var
Tarix: 18.11.2013 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın “Özümə yolçuluq” seriyasından növbəti kitabı “O…” adlanır.
Yeni kitabda müəllifin gördükləri, oxuduqları, öyrəndikləri, tanıdıqları və son olaraq yazdıqları işıq üzü görüb. Burada, həmçinin müəllifin Allah, dünya və insan, haqq yolu və bu qəbildən digər əsas xətlər üzrə düşüncələri barədə yazıları toplanıb. Dünyanın yaranış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üz tutulması yeni kitabdakı yazıların leytmotivini təşkil edir. “Ona” aparan yolun könül xoşluğunu bütün genişliyi ilə özündə ehtiva edən bu kitabdakı yazılanlar həm də müəllifin həyata baxışını ortaya qoyur.
“O...” oxucularla görüşə hökm yox, sadəcə, “öyrən, dərk et, yadda saxla” ünvanı kimi gəlib. Hər bir oxucuya ağır və çətin sınaqların asan yolunu tapmağa yardımçı olan bu kitab, həm də hər bir kəsi düzlüyə, haqqa, işığa doğru aparır.
Kitabda müəllifin jurnalist kimi müxtəlif ölkələrə səfərləri zamanı etdiyi qeydlər, yazdığı məqalələr, hekayələr, esselər, dəyərli fikirlər yer alıb.
Müəllifin “Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gördüm və zəhməti öyrəndim”, “Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan olmağı öyrəndim”, “Ölmədən öncə ölməyin nə olduğunu öyrəndim” və onlarla belə özünəməxsus fikirləri insanı düşünməyə, həyatı dərk etməyə, mübariz olmağa çağırır.
Nəşrdə yer almış “Həyatı dəyişən səfər”, “ Öyrəndim...”, “İnsanı çətinliklər böyüdür”, “Şamları sönməyə qoymayın!” və digər başlıqlı yazıların hər biri oxunaqlı olduğu qədər də, insana yeni nəsə deyir, maraqlı, ibrətamiz misalları ilə hər kəsi müdrikliyə, böyüklüyə səsləyir.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin xətti ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuş 300 səhifəlik bu kitabın redaktorları Sərvaz Hüseynoğlu və Əkbər Qoşalıdır.
Qənirə Paşayeva kitabın satışından gələn bütün gəliri ağır xəstəliyə düçar olmuş və uzun müddətli müalicəyə ehtiyacı olan dəyərli bir şairə bağışlayıb.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info