“YAY!” Qalereyasında Mahmud Rüstəmovun “Əks-səda” adlı fərdi sərgisi açılıb
Tarix: 18.11.2013 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında Mahmud Rüstəmovun “Əks-səda” adlı fərdi sərgisi açılıb.
M.Rüstəmovun Bakının sakit həyətlərindən birində böyük olmayan emalatxanasında yaratdığı heykəltəraşlıq əsərləri sonradan bütün Avropanın muzey və fərdi kolleksiyalarına daxil edilir. Ustad sənətkarın əsəri Sotbis Hərrac Evinin 2013-cü ildə Londonda təşkil etdiyi “Yolayrıcında” (At the Crossroads) sərgisində zəngin kolleksiyaçı tərəfindən satın alınıb.
M.Rüstəmov “012 Bakı Public Art Festivalı”ının Qız Qalasının qəfildən yaranması versiyası əsasında şəhərin lap mərkəzində başqa planetdən gələn qızıl adam heykəlini quraşdırmağa risk edən yeganə iştirakçısı olub.
O, həm də məşhur rəssamlar nəslinin davamçısıdır.
“Əks-səda” sərgisində ekspozisiya məkanı iki müxtəlif mənalı sahələrə - tunc və mərmər sahələrinə bölünüb.
Heykəltəraşın yaratdığı əsərlər kəskin şəkildə gözəl olan zərif erotizm və özünütənqidlə doludur. Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar… Lakin kim isə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti caynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsi ilə birgə addımlayır - heykəltəraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda, içimizdə belə bir sual meydana gəlir: “Qarşımızda dayanan kimlərdir - bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?”.
İkilik və bipolyarlıqla bağlı həmin hissiyyat tuncdan yaradılan əsərlərə nəzər saldıqda da baş qaldırır...
Ekspozisiyanın mərkəzində - Müqəddəs Georginin əlilə devrilmiş əjdahanın kəlləsi... Qanın laxtalandığı yaradan uzun müddət köhnə baba evinin sönmüş buxarısında uyuyan Vətəndaş Müharibəsi dövründən qalmış süngü çıxır.
Bu nədir - sülh nəğməsi yoxsa müharibə himni? Yöndəmsiz şarabənzər bədəni elə tunc almalarla doldurulmuş həyəcanlandırıcı tunc ördək nəyi simvolizə edir? Bayram süfrəsinin ləzzətli yeməyi qəflətən sənət əsərinə çevrilir. Tən kəsilmiş ətin içərisindən quşun skeleti üzə çıxır - bu, ya məzəli bədii kalambur, ya da insan hərisliyi və acgözlüyünə bir rişxənddir. İndi də sizə elə gəlməyə başlayır ki, ağlınıza gələn sual və şübhələr, öz növbəsində yeni, sonsuz sayda sual və şübhələr doğurur.
Sənətşünaslıq doktoru Leyla Axundzadənin fikrincə, əsərləri ilə “...real və qeyri-reallığın, heyvani hisslər və zərif intellektuallığın, ilahi və şeytani başlanğıcların sintezini” ifadə edən müəllif elə məhz bunu arzulayıb. Ola bilər ki, heykəltəraşın istəyi ilə mərmər, tunc və bizim şüurumuzun keçirdiyi metamorfozlar təsadüfi deyil, axı, məlum olduğu kimi...” ...Mərmər daşının hər parçasında elə Praksitelin özünün daş yonan bıçağına layiq balar yerləşmişdir. Tökülmüş heykəl artıq bu daşın içində olub” (Mark Tuli Siseron).
М.Rüstəmov 1967-ci ildə Bakıda dünyaya gəlmişdir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsinin (1986), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1992) və Ömər Eldarovun rəhbərliyi altında Rəssamlıq Akademiyasının nəzdində yaradıcı emalatxanaların (1998) məzunu olub.
M.Rüstəmov 2000-ci ildə Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri tərəfindən “İlin heykəltəraşı” mükafatına layiq görülüb.
O, Bakıda keçirilən Beynəlxalq Müasir İncəsənət biennalelərinin, Moskvada “Mart” sərgisinin iştirakçısı olub. Sənətkarın yaradıcılıq bioqrafiyasına bir neçə fərdi və böyük qardaşı Teymur Rüstəmovla birgə təşkil etdiyi sərgilər daxildir. Əsərləri Azərbaycanda və ölkəmizin sərhədlərindən kənarda fəal nümayiş etdirilir.
Heykəltəraşın “YARAT!” Müasir İncəsənət Məkanı ilə əməkdaşlığı “012 Bakı Public Art” festivalı və “Kommunist” layihələrində iştirakını əhatə edir. M.Rüstəmov həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltəraşlıq nümunələrinin müəllifidir.
Dekabrın 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info