“Sağlam gənclik-10 il” layihəsi başa çatıb
Tarix: 18.11.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyinin (İB) idman mərkəzi və tibb klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Sağlam gənclik-10 il” layihəsi başa çatıb.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, layihə Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə reallaşıb.
Bununla əlaqədar keçirilən mərasimdə əvvəlcə tibb klubunun rəhbəri Aytac Kərimli layihə çərçivəsində iki ay ərzində təşkil edilən seminarlar və ekskursiyalar haqqında məlumat vermişdir. Sonra layihə haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Sevinc Süleymanova ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən, rayon ərazisində inşa edilən idman kompleksləri və Gənclər mərkəzindən söhbət açıb. O, eyni zamanda, Binəqədi Rayon İcra Hakimiyyəti ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
“İrəli” İB-nin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov isə belə layihələrin həyata keçirilməsinin vacibliyini bildirib. Qeyd olunub ki, “İrəli” hər zaman fəaliyyətində gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasına önəm verir.
İdman mərkəzinin rəhbəri Niyaz Əliyev də layihənin gənclər arasında böyük marağa səbəb olduğunu bildirib.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
TƏBİB çimərliklərlə bağlı açıqlama verib
10.07.2020
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
10.07.2020
COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı
09.07.2020
Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb
09.07.2020
Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
3 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
4 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
5 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info