Heydər Əliyev Mərkəzində Berlin Filarmoniyasının konserti keçiriləcək
Tarix: 18.11.2013 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də Berlin Filarmoniyasının nəfəsli alətlər kvinteti ilk dəfə olaraq Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunacaq klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Motsart, Anton Reyxa, Dalius Milhaud və Karl Nilsenin əsərləri səslənəcək.
Berlin Filarmoniyasının nəfəsli alətlər kvinteti 1988-ci ildə yaradılıb və Filarmoniyanın tarixində təsis olunmuş ilk daimi kvintetdir.
İfaları ilə dinləyiciləri heyran edən kvintet Avropada, Avstraliyada, İsraildə, Uzaq Şərqdə, Şimali və Cənubi Amerikada konsertlər vermişdir. Bundan başqa, ansambl Berlin, Edinburq, Salzburq festivalları, Marsel Kvintet Biennallesi kimi beynəlxalq tədbirlərin ən populyar iştirakçılarından olub.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info