Azərbaycan Dövlət İqtisad Universitetində Debat Forumu keçirilib
Tarix: 18.11.2013 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Prezident İlham Əliyevin 2013-cü ilin “İnformasiya-Kommunikasiya Texnologiyaları İli” elan etməsini nəzərə alaraq “İKT və Təhsil”mövzusunda “Bakı Gənclər Debat Forumu – Payız 2013” həyata keçirir. “Bakı Gənclər Debat Forumu – Payız 2013” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində layihə çərçivəsində ali təhsil müəssisələri üzrə ilk Daxili Forumu keçirilib. Forumda Azərbaycan bölməsi üzrə 42 komanda, 200 gənc iştirak edib. Cəmi 130-dan artıq debat raundu çərçivəsində gənclər müasir dövrdə aktual olan “İKT və Təhsil” mövzusu ətrafında debatlar aparıb. Forumdan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində 500 tələbə üçün debat təlimləri keçirilib. Forumun açılış mərasimində ölkə başçısının 2013-cü ili “İnformasiya – Kommunikasiya Texnologiyaları ili” elan etməsi və bu sahədə gedən inkişafvə gənclərə göstərilən dəstəyi qeyd edən DVC sədri Seymur Hüseynov, Azərbaycan Dövlət iqtisad Universiteti və Bakı şəhərinin digər təhsil müəssisələrində fəaliyyət göstərən debat klublar və onların fəaliyyəti haqqında danışıb: “Bu gün debatlar yalnız Bakı şəhərində Debat Klubları vasitəsi ilə 26 ali təhsil müəssisəsini əhatə edir.11 Regional Debat Mərkəzimiz vasitəsi ilə isə biz 9 iqtisadi rayonu, 45-dən artıq inzibati rayonu əhatə edirik. Gənclər debat vasitəsi ilə natiqlik sənətinə, inandırmaq və təsir göstərmək bacarığına yiyələnir, özlərində tənqidi təfəkkürü inkişaf etdirir, cəmiyyətimiz üçün aktual mövzularıfərqli baxışlardan təhlil edir, Azərbaycanın Gənclər Siyasətində fəal iştirak edirlər. Bütün bunları nəzərə alaraq bu debat – fərdi inkişaf üçün unikal bir alətdir”.
Qeyd edək ki, “Bakı Gənclər Debat Forumu – Payız 2013”oktyabr – dekabr 2013-cü il müddətini əhatə edir və “İKT və Təhsil” mövzusunda gənclər arasında silsilə təlim və debatların keçirilməsi, eyni zamanda, 50 yaxın müxtəlif səviyyəli tədbirlərin təşkilini nəzərdə tutur. Forumda Bakı şəhərinin 26 ali təhsil müəssisəsindən 2000-ə yaxın gəncin iştirakı planlaşdırılır. “Bakı Gənclər Debat Forumu” ildə iki dəfə keçirilməklə “Yaz” və “Payız” turnirlərindən ibarətdir. Forumun qalibi keçici kuboka sahib olur. DVC («Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat" təhsil proqramı kimi başlanıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. DVC hal-hazırda 33000 üzv, 45 region, 10 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info