“Mənim yaşıl məktəbim” layihəsi 3 pilot rayonu əhatə edəcək
Tarix: 18.11.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər İttifaqı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Mənim yaşıl məktəbim” layihəsini həyata keçirir.
İttifaqdan bildiriblər ki, layihənin başlıca məqsədi məktəb ictimaiyyətini-şagird, müəllim və valideynləri cəlb etməklə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin genişləndirilməsidir. Layihə çərçivəsində enerji səmərəliliyini artırmaq məqsədi ilə məktəb rəhbərliyi üçün təlimlər, eləcə də seçilmiş pilot məktəblərdə enerji monitorinqlərinin keçirilməsi nəzərdə tutulub.
Noyabrın 15-16-da layihə çərçivəsində “Məktəblərdə enerji səmərəliliyinin təşkili: nəzəriyyədən praktikaya” adlı ilk təlim keçirilib. Təlimdə seçilmiş pilot məktəblərindən direktor, təsərrüfat işlərinə məsul şəxs və rayon təhsil şöbəsinin əməkdaşları iştirak etmişlər. Təlim Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Nurməmməd Məmmədov və Samirə Əkbərova tərəfindən aparılıb.
Təlimdə iştirakçılara enerji səmərəliliyinin artırılması məqsədi ilə dünyada gedən proseslər və bu istiqamətdə görülən işlər barədə məlumat verilib. Həmçinin təlimçilər Azərbaycanda bu istiqamətdə qarşıya qoyulan vəzifələri iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, hazırda Azərbaycanda “Enerji effektivliyi haqqında” qanun layihəsi hazırlanaraq müvafiq qurumların müzakirəsinə verilib və bu layihənin qəbul edilməsi ilə ölkədə enerji effektivliyini artırmaq istiqamətində müsbət nəticələr əldə edilə bilər.
Tədbirdə, həmçinin enerji effektivliyinin artırılması prosesində məktəblərin rolunun əvəzsiz olduğu vurğulanıb. Qeyd olunub ki, gənc nəslin maarifləndirilməsində tədris müəssisələri əhəmiyyətli rola malikdir.
Təlim iştirakçıları qruplarda iş apararaq təmsil olunduqları məktəblərdə enerji effektivliyinin artırılması istiqamətində görüləcək işləri müzakirə etmiş və tədbirlər siyahısı hazırlayıblar.
Layihə çərçivəsində 3 pilot rayondan – Ucar, Qax və Lənkərandan seçilmiş 6 məktəbdə enerji monitorinqi aparılacaqdır. Monitorinqin nəticələri əsasında müvafiq tövsiyə sənədi hazırlanacaq.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info