Vətəndaşlıq borcumuz
Tarix: 19.11.2013 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Bu gün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaması üçün maraqlı dairələr - bəzi Qərb dövlətləri əllərindən gələni edirlər. Özlərini sanki sülh mələyi göstərərək tolerantlıq, dialoq və s. adla ermənilər və azərbaycanlılar arasında “qarşılıqlı anlaşma”nın yaradılması üçün birgə layihələr həyata keçirirlər. Onlar öz “etimad toxumları”nı birgə televiziya və sayt yaratmaq, dəyirmi masa keçirməklə “səpməyə” çalışırlar. Qərbdəki dairələrin bu kimi layihələri keçirməkdə məqsədi odur ki, azərbaycanlılar erməni işğalı ilə razılaşsınlar.
Qeyd edək ki, bu baxımdan erməni kəşfiyyat orqanları da aktiv işləyir. Məlumdur ki, son illər Azərbaycan gəncləri xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə çox fəallıq göstərirlər. Həmin tədbirlərdə iştirak edən bir çox gənclərimizin dediyinə görə, bəzən erməni qızlarının onlara daha çox yaxınlıq göstərməsini müşahidə ediblər. Belə ki, erməni kəşfiyyatçılarının xüsusi təlimatlandırdığı qızlar azərbaycanlı gənclərə içki içmək, əylənmək və s. təkliflər edirlər. Bu, ermənilər tərəfindən qurulan yeni tələ deyil. Hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra da erməni qızlarından ibarət agentlər milli hökumət rəsmiləri ilə bu “səmimi” bağı yaratmağa cəhd ediblər. Ermənilərin nə qədər qeyri-səmimi olduğu bu kimi faktlardan görünür.
Bölgədə sülhün, barışın olması vacibdir və Azəbaycan dövləti də hər zaman bunu istəyir. Bunun üçün öncə Ermənistan işğal etdiyi, beynəlxalq qurumların da çıxmasını tələb etdiyi Azərbaycan torpaqlarının hamısını geri qaytarmalıdır. Sonra isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan isə daim dialoqdan qaçır və qeyri-konsturiktiv mövqe nümayiş etdirir. Ona görədir ki, indiyə kimi rəsmi İrəvan tərəfindən sülh, barış, dialoqla bağlı hər hansı addım atılımayıb. Yəqin ki, heç zaman da onlar bunu etməyəcək. Çünki ermənilər özlərini tanıyandan ən böyük düşmənləri kimi azərbaycanlıları, türkləri görüblər. Onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımlar buna əyani sübutdur. Ermənilər bu düşmənçiliyə bəlkə də lap körpə uşaqlardan başlayır. Onlar öz hüquq və mənafelərini gücləndirmək məqsədilə milli təşkilatlanma prosesini də həyata keçiriblər. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmir, bütün fəaliyyətlərini ancaq terrorist təşkilatlarının proqramına uyğun qurublar. Bütün bu başımıza gətirilənlərə baxmayaraq, hər zaman milli azlıq olaraq ermənilərə unutqan münasibət göstərmişik. Qərbin indi tətbiq etdiyi “sülh siyasəti” sovet hakimiyyəti illərində olub. O zaman hətta erməni vəhşiliklərini törədən rəhbərlər Azərbaycanda təbliğ olunub. Kimlərsə bundan hətta elmi iş götürüb, elmlər doktoru, professor adlarına layiq görülüb. Xalqın beyninə rahat yerisin deyə, bir çox yazıçılarımız erməni ilə azərbaycanlının dostluğundan bəhs edən bədii ədəbiyyat nümunləri də ortaya qoyublar.
Təəssüf ki, o əsərləri yazanların qalıqları indi də bəzən özünü büruzə verir. Lakin bizim istər tolerantlıq, istər ədəbi dözümlülülük, istərsə digər dostluq münasibətlərimizə qarşı ermənilərin cavabı həmişə əksinə olub. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra 70 il unutdurulan yalanların üstünü örtən pərdələr götürüldü. Azərbaycanlılar yenə də bildilər düşmənlərinin kim olduğunu. Elə bu zamanlar ermənilər növbəti torpaq iddiaları irəli sürərək hegemon dövlətlərin köməyi ilə Dağlıq Qarabağı və ona bitişik 7 rayonumuzu işğal etdilər. Bu nizamsız müharibə şəraitində 20 mindən çox şəhid versək də, yenə də düşmənçilik siyasətimizi onlar kimi həyata keçirə bilmirik. Eləcə də özümüzdə onlara qarşı intiqam hissimizi büruzə vermirik. Hansı ki, bu, iki əsrdə olanlardan doğan milli ehtiyacdır. Ümumiyyətlə, ermənilərə qarşı mübarizə artıq bizlərin ümummilli vəzifəsinə çevrilməlidir. Hər birimiz bunu özümüzün vətəndaşlıq borcu kimi qəbul etməliyik.




 
Müəllifin son yazıları

14.01.2020 Ermənilərin “Arsax” yalanı
23.09.2019 Milli maraqlara əsaslanan siyasətin nəticələri
11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info