Tullantıların idarə olunması sahəsində uşaqlar arasında ikinci beynəlxalq konfrans keçirilib
Tarix: 19.11.2013 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə” şüarı altında uşaqlar arasında noyabrın 15-dən keçirilən ikinci beynəlxalq konfrans başa çatıb.
Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və digər ölkələrdən olan məktəblilərin iştirak etdikləri konfransın məqsədi uşaqlara ətraf mühitin mühafizəsində iştirak, tullantıların düzgün zərərsizləşdirilməsi metodları, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaətlə yanaşılması metodlarını öyrətmək, bu kimi mövzularda müzakirələr aparmaqla onların məlumatlılıq səviyyəsini artırmaq, eləcə də müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsini dəstəkləməkdir.
Konfransın birinci günü “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədr müavini Etibar Abbasov ekologiya və ətraf mühitə göstərdikləri diqqətə görə gənclərə təşəkkür edib.
Konfransın ikinci günü iştirakçılar Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olmaq üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. Burada iştirakçılara zavodların fəaliyyətinə dair təqdimatlar və videoçarxlar nümayiş etdirilib.
Tədbir çərçivəsində gənc iştirakçılar Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Burada onlar Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olublar.
Tədbir noyabrın 17-də “Excelsior Hotel”də başa çatıb.
Burada gənc iştirakçılar 3 gün ərzində hazırladıqları təqdimatları, tullantıların idarə edilməsi və ümumiyyətlə ekologiya sahəsində biliklərini bölüşüblər. Sonda bütün iştirakçılar diplomlarla və hədiyyələrlə təltif ediliblər.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info