Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd edilib
Tarix: 19.11.2013 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Pirallahı rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planına əsasən son həftə ərzində Çilov, Neft Daşları qəsəbələrində bayram tədbirləri keçirilmiş, yaşıllaşdırma kampaniyası təşkil edilib.
Partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş növbəti bayram tədbiri Pirallahı qəsəbəsində keçirib. YAP Pirallahı rayon təşkilatının Pirallahı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, deputat Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak ediblər.
YAP Pirallahı rayon təşkilatından bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nüfuzlu siyasi təşkilata çevrildiyini söyləyib. O, deyib ki, tarixi zərurətdən yaranan və bu gün 600 mindən çox üzvü olan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən siyasi təşkilatdır. YAP-ın ideyalarına, Azərbaycan dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər.
Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini bildirib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Yarandığı gündən Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiyanın bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd qoyub.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, deputat Rauf Əliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 21 ildə keçdiyi yoldan, ölkənin taleyində həlledici rol oynayan qüdrətli siyasi qüvvə kimi özünü təsdiq etməsindən, bu illər ərzində Azərbaycanın qazandığı böyük uğurlarda Yeni Azərbaycan Partiyasının, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzolunmaz xidmətlərindən danışıblar.
Tədbir konsert proqramı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info