Tailandda “İTU Telecom World” sərgi-konfransı işə başlayıb
Tarix: 19.11.2013 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Noyabrın 19-da Tailandın paytaxtı Banqkok şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının ənənəvi illik “İTU Telecom World” sərgi-konfransı işə başlayıb.
Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir.
Rəsmi açılış mərasimində Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Tailand Krallığının informasiya və kommunikasiya texnologiyaları naziri Anudit Nakorntap çıxış edərək builki sərgi-konfransın məqsədi, gözlənilən nəticələr barədə danışıblar.
Sonra nümayəndə heyətlərinin rəhbərləri müxtəlif ölkələrin milli pavilyonlarından ibarət sərgi zalı ilə tanış olublar.
Sərgidə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində son illər, xüsusən də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş cari ildə qazanılan nailiyyətlər və perspektiv layihələrin nümayiş olunduğu 150 kvadratmetr ölçüdə pavilyon fəaliyyət göstərir.
Azərbaycan pavilyonunu ziyarət edənlərə görülən işlər, qazanılan uğurlar, perspektiv layihələr haqqında məlumat verilmiş, mövzuya aid materiallar təqdim edilib.
Noyabrın 22-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi
04.12.2020
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info