Berlində Milli Dirçəliş gününə həsr edilmiş elmi seminar keçirilib
Tarix: 19.11.2013 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Berlində Azərbaycan təqvimində tarixi yer almış 17 noyabr – Milli Dirçəliş Gününə həsr edilmiş “Əlimərdan bəy Topçubaşov – publisist, siyasətçi, diplomat” mövzusunda elmi seminar keçirilib. Elmi seminar Humbold Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası və Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Elmi seminarı universitetin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Maria Aux giriş nitqi ilə açaraq, tədbir iştirakçılarını təşkilatçılar adından salamlamış və Milli Dirçəliş Günü haqqında məlumat verib.
Seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli ictimai xadim – publisist, siyasətçi və diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 100 illiyi münasibətilə təşkil edilib. Tədbirdə Əlimərdan bəy Topçubaşovun həyat və yaradıcılığından geniş söhbət açılıb.
Professor Eva-Maria Aux demişdir ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın klassik ziyalılarını təcəssüm etdirən şəxsiyyətlərdən biridir. O, 1918-ci ilə qədər Rusiya imperiyasında fəaliyyət göstərən “Müsəlmanlar Təşkilatı”nın yaradıcılarından və 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir. Eyni zamanda, Topçubaşov həmin dövrdəki “Kaspi” qəzetinin təsisçilərindən biri olmuş, Azərbaycan diplomatiyasını təmsil edərək Rusiya Dumasının üzvü seçilib. İrsinin böyük hissəsi Fransada saxlanılan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti Azərbaycanın diaspor tarixi nöqteyi-nəzərindən maraqlı bir mövzu olması da professor Eva-Maria Aux tərəfindən vurğulanıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından başlayaraq bu günə qədər Azərbaycan xalqı şərəfli mübarizə yolu keçərək artıq 23 ildir ki, müstəqilliyini bərpa etmiş və öz tarixi şəxslərini fərəhlə yad edir. Professor Aux müasir Azərbaycan Respublikasının bu ənənələr üzərində gedən inkişafından və əldə etdiyi nailiyyətlərdən söhbət aşıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Elmi seminarda Alman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Berlin Humbold Universitetinin professor və tələbə heyəti, Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info