Bakıda UNESCO-nun sessiyası keçiriləcək
Tarix: 19.11.2013 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Dekabrın 2-dən 7-dək Bakıda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası keçiriləcək.
Noyabrın 19-da bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbir keçirilib. Nazir Əbülfəs Qarayev bildirib ki, sessiyada bir sıra ölkələrdə mövcud ənənələr, tarixi abidələrin qorunması, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar və digər məsələlər müzakirə olunacaq.
Nazir Bakıda bu cür mötəbər tədbirlərin təşkil edilməsinin ölkəmizin dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu söyləyib. Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusilə vurğulayan Ə.Qarayev bu əməkdaşlığın əsasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin dayandığını qeyd etmişdir. Diqqətə çatdırıb ki, ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması sahəsinə xüsusi diqqət və qayğı göstərilir.
Qeyri-maddi mədəni irsin mədəniyyətlərarası dialoqun inkişafında təsirli bir alət olduğunu bildirən nazir Azərbaycanın dünyanın mötəbər təşkilatlarından biri olan UNESCO ilə əlaqələrinin yüksək səviyyədə olmasından və ölkəmizin qurumdakı fəallığından məmnunluğunu dilə gətirib.
Bildirilmişdir ki, sessiya çərçivəsində qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq. Tədbirdə Konvensiyanın milli səviyyədə icrası ilə bağlı bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada 110-a yaxın ölkədən 650-dən çox xarici qonaq iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info