“Alim Gənc” layihəsi həyata keçirilib
Tarix: 19.11.2013 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Atatürk Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və AR Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə “Alim Gənc” layihəsi həyata keçirilib. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun verdiyi məlumata görə, layihənin əsas məqsədi gənc alimlərin tanıdılması, onların fəaliyyət və təşəbbüslərinin dəstəklənməsi, gənclərin maarifləndirilməsi, müxtəlif ixtisas üzrə təhsil alan tələbələrə lazımi biliklərin verilməsidir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri Rəhim Hüseynov çıxış edərək dövlət tərəfindən gənc alimlərə verilən dəstəkdən danışaraq, son dövrdə AMEA-nın tərkibində fəaliyyət göstərən institutlarda gənc alimlər üçün yaradılmış şuralardan söz açıb. Daha sonra çıxış edən ATGTİ-nin sədri AMEA-nın rəhbərliyinə təşəkkür edərək son zamanlar ATGTİ və AMEA arasında geniş əlaqələrin yaradılmasının təqdirə layiq olduğunu bildirib. Şahin İsmayilov ATGTİ-nin ölkənin ən böyük tələbə təşkilatı olduğundan, gənc alimlərin və tələbələrin təhsilinə yönəlmiş layihələrin ATGTİ üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb.
AR Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov çıxış edərək layihənin təşəbbüskarlarına təşəkkür edib.
Sonda gənc alimlərin çıxışları dinlənilib. Tədbirdə çıxış edən gənc alimlər təşəkkürnamə və mükafatlar ilə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info