Nizami Gəncəvinin 870 illik yubileyi Strasburqda da qeyd olunacaq
Tarix: 19.11.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi Parisdən sonra Strasburqda qeyd olunacaq. Fonddan verilən məlumata görə, YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil olan Strasburqun sakinləri maraqlı sərgi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Rin sarayında düzənlənən sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş olunacaq. Burada eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncədə çəkilmiş foto-şəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənəcək. Strasburqun Musiqi və konqres sarayında Azərbaycan Xalq çalğı alətləri orkestrinin konsert proqramı da təqdim olunacaq.





 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info