ABŞ televiziyasında Azərbaycanla bağlı proqram
Tarix: 20.11.2013 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


ABŞ-ın "PBS" (Public Broadcasting Service) televiziya kanalında yayımlanan "Bu Amerikadır və dünyadır" (This is America&the World) proqramının efirə getmiş növbəti buraxılışı Azərbaycana həsr olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, proqram ABŞ, Kanada və bəzi digər ölkələrdə yerləşən 400-dən artıq şəhərdə "PBS"-ə mənsub kanallarda nümayiş etdirilir. Bundan əlavə, eyni proqram Avropa, Asiya, Yaxın Şərq və Afrika boyu yayımlanır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibənin yer aldığı həmin buraxılışda aparıcı Dennis Holi (Dennis Wholey) tərəfindən Azərbaycanın coğrafiyası, təbiəti, mədəniyyəti, tarixi, iqtisadiyyatı, Azərbaycan və ABŞ arasında əməkdaşlıq, qonşu ölkələrlə münasibətlərimiz, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və eləcə də ölkədaxili vəziyyətlə bağlı suallar verilib.
Bu sualları cavablandırarkən səfir E.Süleymanov Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas amillərdən birinin onun müsəlman və xristian sivilizasiyaları, Avropa və Asiya qitələrinin kəsişməsində yerləşməşi və ölkəmizin bu məxsusi mövqeyindən qaynaqlanaraq, özündə çoxsaylı mədəni, dini və tarixi irsləri ehtiva etməsindən irəli gəldiyini söyləyib. Səfir SSRİ-nin dağılması nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini və bu tarixi prosesdə xalqımızın sovet qoşunlarının zorakılığı ilə üzləşdiyini qeyd edib. O, növbəti olaraq, Azərbaycanın enerji siyasəti, milli iqtisadiyyatımızın sürətli inkişafı və onun diversifikasiyasının təmin edilməsi barədə danışıb.
Səfir Süleymanov Dağlıq Qarabağ münaqişəsi haqqında ən mühüm məqamları amerikalı tamaşaçıların diqqətinə çatdıraraq, münaqişə nəticəsində 30 min nəfərin həlak olduğu, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi və bir milyon əhalinin köçkün düşdüyünü vurğulayıb. O, həmçinin regionun gələcək rifahı üçün iki ölkə arasında sülhün əldə olunmasının vacibliyini qeyd edərək, Ermənistanın öz gələcəyi barədə qərar verməli olduğunu ifadə edib.
ABŞ ilə ikitərəfli əlaqələrimiz barədə danışarkən səfir Süleymanov özünü etibarlı bir tərəfdaş təsdiq etmiş Azərbaycan ilə münasibətlərin bəzən öz lazımı qiymətini almadığını qeyd edir və müxtəlif sahələrdə həyata keçirilən konkret əməkdaşlıq misallarına istinad edib. O, digər amillərlə yanaşı Azərbaycan və ABŞ-ın ümumi demokratik dəyərləri bölüşdüyünü və müsəlman dünyasında ilk respublika olan Azərbaycanın ABŞ-dan belə əvvəl qadınlara səsvermə hüququ tanıdığını xatırladıb. Səfir Azərbaycanın təbiəti, coğrafiyası və əhalisi haqqında söz açdıqdan sonra həmçinin ABŞ və onun insanları barədə öz xoş təəssüratlarını bölüşüb.
Müsahibə zamanı E.Süleymanov Respublika Prezidenti İlham Əliyevin Azərbaycanın milli maraqlara əsaslanan müstəqil inkişaf xəttinin qorunub saxlanması istiqamətində apardığı siyasətə istinad edib və onun "qara qızılın insan qızılına" çevrilməsinə dair fikirlərini səsləndirib.
Müsahibə ilə tam şəkildə bu internet səhifələrində tanış olmaq mümkündür:
http://www.thisisamerica.net/videoarchive_2013-2014.html
https://www.youtube.com/watch?v=hykvk1hvQhA&feature=youtu.be

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info