Uşaq hüquqlarının təmin edilməsinə dair təlim keçirilib
Tarix: 20.11.2013 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Bakı şəhərinin və ətraf rayonların, eləcə də Şuşa və Zəngilan rayonlarının nümayəndələri üçün təlim keçirilib.
İcra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul şəxslərinin iştirak etdiyi tədbirdə təlim kurslarının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü olan dövlət orqanları uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair fəaliyyət istiqamətləri üzrə illik hesabat hazırlayır və AQUPDK-ya təqdim edirlər. Həmin hesabat əsasında komissiya tərəfindən ölkədə uşaq hüquqlarının illik vəziyyəti qiymətləndirilir və müvafiq tövsiyələr verilir. Hesabat dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq olunmuş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən hazırlanır.
Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasıdır.
Tədbirdə uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair məlumat verilib, valideyn himayəsindən məhrum olmuş uşaqların ümumi uçota alınmasına dair təqdimat nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info