Bakıda gənc qadın liderlərin beynəlxalq konfransı keçirilib
Tarix: 20.11.2013 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və BMT-nin yaşayış məntəqələri üzrə Proqramının (UN-Habitat) dəstəyi ilə noyabrın 20-də Bakıda gənc qadın liderlərin beynəlxalq konfransını təşkil edib.
Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq qadın ekspertlər, ayrı-ayrı ölkələrin qadın və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Konfransı açan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Qasımlı deyib ki, layihənin həyata keçirilməsində məqsəd gənc xanımların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O deyib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi qadınların öz hüquqları barədə daha çox məlumat əldə etmələrinə imkan yaradır.
V.Quliyev bildirib ki, Azərbaycanda gənclərin liderlik bacarıqlarının artırılması ilə bağlı müxtəlif proqramlar, layihələr həyata keçirilir. Gənc qadın liderlərin beynəlxalq konfransında bu məsələnin gündəmə gəlməsi, müxtəlif ölkələrdən olan gənc xanımların öz təcrübələrini bölüşmələri, eyni zamanda, Azərbaycan təcrübəsi ilə tanış olmalarına şərait yaradılması onların fəaliyyətini stimullaşdıracaq.
Milli Məclisin deputatı Qənirə Paşayeva bu cür tədbirlərin Azərbaycanın ayrı-ayrı regionlarında, hətta kəndlərində daha çox təşkil edilməsinin zəruriliyini bildirib. O qeyd edib ki, qızların təhsili məsələsinə daha çox diqqət yetirilməlidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu məsələni daim diqqət mərkəzində saxlayır.
Q.Paşayeva deyib: “Biz qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması, onların zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərindən qorunması, gənc qadınların hüquqlarının müdafiəsi, onlarda özünə inam hissi yaradılması məsələlərinə dəstək olmalıyıq. Bu məsələ ilə bağlı təkcə dövlət qurumları, parlament deyil, hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda aparılan qadın siyasəti, ölkəmizdə qadın probleminin həlli, cəmiyyətdə qadınların rolunun artırılması, onların siyasi proseslərə fəal qoşulması, biznes fəaliyyəti ilə məşğul olmaları üçün yaradılmış şərait barədə danışıb.
Ölkəmizdə qadınların hüquqlarının qorunması, ümumiyyətlə onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə böyük önəm verildiyini deyən S. Qəhrəmanova bu cür konfransların keçirilməsinin qadınların ictimai-siyasi proseslərə, biznes həyatına daha çox cəlb olunmaları baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər, o cümlədən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç, Litvanın müvəqqəti işlər vəkili Sarune Kubiliute, müxtəlif ölkələrin qadın təşkilatlarının nümayəndələri beynəlxalq konfransın qadınların ictimai-siyasi həyatda fəallığının daha da artırılması baxımından əhəmiyyətli olacağını bildiriblər.
Konfransda bir sıra Avropa ölkələrinin qadın liderlərinin fəaliyyət təcrübəsi barədə təqdimatlar olub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info