Müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edildi
Tarix: 20.11.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edib. 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müsabiqə iştirakçılarına ümumtəhsil məktəblərində hazırda olan vakant yerlər təklif edilir.
Bu kateqoriyadan olan namizədlər 22-26 noyabr tarixlərində Təhsil Nazirliyinin internet saytının "Müəllimlərin işə qəbulu" bannerindən "Şəxsi səhifə"yə daxil olaraq (kod və parol vasitəsilə), uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçməli və təsdiqləməlidir. Vakant yerlərin seçimi noyabrın 26-da saat 18:00-da başa çatdırılacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin "Şəxsi səhifə"sinə göndəriləcək. Vakant yer tutan namizədlər "Şəxsi səhifə"də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək. Nazirlik bildirir ki, vakant yerlərdən seçim edərkən düşünülmüş və dəqiq qərar verilməlidir. Seçim aparmaq üçün verilən müddət başa çatanadək hər bir namizəd öz seçimində dəyişiklik edə bilər. Bunun üçün yenidən "Şəxsi səhifə"yə daxil olub bir daha seçim etmək və təsdiqləmək lazımdır.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info