Strasburqda Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
Tarix: 20.11.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun “Reyn sarayında” dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb.
Aparıcı Alen Tremolier Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda təşkil olunan sərginin dahi Azərbaycan şair və filosofu Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunduğunu, söz incisi ustadının əl yazmalarının dünyanın müxtəlif muzey və kitabxanalarında, o cümlədən Strasburq milli kitabxanasında və universitetində qorunub saxlandığını xatırladıb, doğulduğu və heç vaxt tərk etmədiyi doğma şəhəri Gəncədə əbədiyyətə qovuşduğunu diqqətə çatdırıb. N. Gəncəvinin şairliklə bərabər astronomiya, kimya, tarix, təbabət və digər elmlərlə məşğul olduğunu, səkkiz əsr bundan əvvəl yaşamış şairin ideyalarının bu gün belə aktuallığını itirmədiyini bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgiyə gələn qonaqları salamlayıb, Şərq İntibahının ən parlaq simalarından biri olan və Xll-Xlll əsrlərdə yaşayıb yaratmış Nizami Gəncəvinin beş poemasının toplandığı “Xəmsə”nin bu gün də aktuallığını saxladığını, şairin ölməz ideyalarının bəşəriyyətə bələdçilik etdiyini vurğulayıb.
Səfir şairin azadlıq, bərabərlik və qardaşlıqla yanaşı, habelə dünyəvilik, qadın və kişilər arasında bərabərlik kimi universal ideyalarının əsrlər boyu yaşadığını, Qərb cəmiyyətinin bu prinsiplər üzərində qurulduğunu bildirib. Şairin əlyazmalarının dünyanın tanınmış kitabxanalarında saxlandığına diqqət çəkən səfir, Nizami Gəncəvinin doğma şəhəri Gəncədə onun mavzoleyinin ucaldıldığını, Bakıdakı ədəbiyyat muzeyinin şairin adını daşıdığını, anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin xüsusi sərəncam imzaladığını, xatirəsinin bir çox xarici ölkədə anıldığını bildirib. E. Əmirbəyov N. Gəncəvi əsərlərinin yenidən nəşr olunması və müxtəlif dillərə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rol oynadığını xüsusi vurğulayıb, dahi şairin əsərlərindən gələn ideyaların Azərbaycan və fransız xalqlarının yaxınlaşmasında mühüm əhəmiyyət daşıdığını bəyan edib. “Xll və XXl əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvinin (1141-1209) əsəri” layihəsinin Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin, Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının, Strasburq Universiteti və milli kitabxanası administrasiyasının birgə əməkdaşlığı sayəsində gerçəkləşdiyinə toxunan səfir sərginin Strasburqda üç ay davam edəcəyini bildirib, yerli sakinlərin Nizami Gəncəvi əsərləri və onun doğma şəhəri Gəncə barədə ətraflı məlumat əldə edəcəklərinə əminliyini vurğulayıb.
Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının rəhbəri Alən Hoss və Strasburq Universiteti və milli kitabxanasının inzibatçısı Alber Puaro çıxışlarında azərbaycanlı şairin və filosofunun dünya şöhrətindən, bəşəri ideyaların zənginləşməsinə verdiyi töhfələrdən, əsərlərində İbn Sina, Asadi, Firdovsi, Sənai kimi tarixi şəxsiyyətlərin adlarını çəkməsinin şairin ədəbi və fəlsəfi fikirlərinin dərinliyindən irəli gəldiyini, şairin 850 illiyi ilə əlaqədar 1991-ci ilin UNESCO tərəfindən Nizami Gəncəvi ili elan olunduğunu, 889 hicri tarixinə (1484) aid olan bir əlyazma nüsxəsinin Strasburq Universiteti və milli kitabxanasında saxlandığını qeyd ediblər.
Sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığını, doğulduğu Gəncə şəhərinin keçmişini və bu gününü əks etdirən fotolar, şairin əsərlərinə çəkilmiş müxtəlif illüstrasiyalar, yaşadığı dövrə məxsus dulusçuluq və misgərlik nümunələri, geyim və bəzək əşyaları nümayiş etdirilib.
Sərgidən sonra dahi şairə həsr olunan konsert proqramında professor Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Musiqi Alətləri Orkestrinin müşayiəti ilə incəsənət ustaları Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin sözlərinə bəstələdikləri romansları və xalq mahnılarını ifa edib, şairin poemalarından parçalar fransız dilində səsləndirilib. Sərgi və konsert strasburqlu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi və konsertdə Alzas regionunun rəsmləri, şəhər ictimaiyyətinin nümayəndələri, bir çox ölkənin Avropa Şurası yanındakı daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Strasburqda akkreditə olunan diplomatik korpusun üzvləri, diaspor təmsilçiləri və tələbələr iştirak ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info