Gənclərin beynəlxalq Bakı forumu
Tarix: 21.11.2013 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şərq Tərəfdaşlığı Gənclərinin Məşğulluq Forumu” adlı beynəlxalq layihənin iştirakçısı olan ölkə (Ukrayna, Moldova, Gürcütan, Belarus, Polşa, Rumıniya, Macarıstan və Bolqarıstan) gəncləri artıq Bakıdadırlar. ADTGT-dən verilən məlumata görə, layihə çərçivəsində keçiriləcək təlim kursu və beynəlxalq forumda Azərbaycan da daxil olmaqla 9 ölkəni 25 gənc fəal təmsil edir.
Bu gün şəhər gəzintisi və qeyri-rəsmi görüşlərlə paytaxtımızın tarixi, mədəni yerləri ilə tanış olan xarici qonaqlar sabahdan proqrama uyğun təbdirlərə başlayacaq və azərbaycanlı həmkarları ilə birgə gənclərin məşğulluğu istiqamətlərində müxtəlif informasiya və təcrübə mübadilələri aparacaqlar. Layihəyə uyğun 4 gün davam edəcək təlim kursunun ardınca yekunlara həsr olunan və 2 paneldən ibarət beynəlxalq forum keçiriləcək və iştirakçılar adından Bakı Bəyannaməsi qəbul olunacaq. Layihə çərçivəsində əcnəbi gənc fəalların Azərbaycanın müxtəlif hökumət strukturlarında və özəl qurumlarında görüş və müzakirələri də təşkil olunacaq. Layihənin əsas məqsəd gənclərin problemlərinin öyrənilməsi, region gəncləri yeni iş imkanları, effektiv karyera quruculuğu, gənclərin məşğulluğu üçün zəruri bilik, bacarıq və vərdişlərin aşılanması istiqamətində informasiya və təcrübə mübadiləsinin aparılmasıdır.

Fuad






 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Masallıda “Vətənə sevgi ən ülvi hissdir” onlayın konfrans keçirmişdir
05.08.2020
«Baba bulağı»nın bu günkü işi...
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info