Xəbər Agentliklərinin IV Dünya Konqresi öz işini yekunlaşdırıb
Tarix: 21.11.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 20-də öz işini yekunlaşdırıb.
Dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Xəbər Agentliklərinin IV Dünya Konqresinin sonuncu iclasında ərəbdilli televiziyalarda işləyən xəbər redaktorlarının informasiya agentlikləri barədə fikirləri dinlənilib, xəbər agentliklərinin qəzetlərin gələcək ehtiyaclarını ödəmək imkanları haqqında fikir mübadiləsi aparılıb.
FANA-nın baş katibi doktor Fərid Əyyarın moderatorluğu ilə keçirilən sonuncu panelin üçüncü sessiyasında Səudiyyə Televiziya Yayımı Şirkətinin (SBC) prezidenti Əbdurrəhman bin Əbdüləziz əl-Hazzaa, “BBC World Service”in Yaxın Şərq və Qərbi Asiya ölkələri üzrə departamentinin başçısı Bəhruz Afaq, “Sky News Arabia” kanalının rəhbəri Nart Buran çıxış edərək informasiya agentliklərinin televiziyalar üçün əsas xəbər mənbəyi olaraq qaldığını bildirib, xəbərlərin hazırlanmasında obyektivlik, şəffaflıq və konkretlik meyarlarının əsas götürülməsinin vacibliyini vurğulayıblar.
Panel çərçivəsində Böyük Britaniyanın Press Assosieyşn agentliyinin baş icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə keçirilmiş dördüncü sessiya “Yeni fürsətlərdən necə yararlanmalı” mövzusuna həsr edilib. Bu sessiyada çıxış edən natiqlər yeni texnologiyalardan yararlanmaqla xəbər hazırlanması və yayım işinin təkmilləşdirilməsinin, media ilə bağlı yeni kompyuter proqramlarının tətbiqini sürətləndirməyin vacibliyini diqqətə çatdırıblar.
Sonuncu sessiyaya EANA-nın prezidenti Piter Kropş moderatorluq edib. Bu sessiyada informasiya agentlikləri ilə mətbuat arasında əlaqələrə nəzər salınmış, qəzetlərin dövrün çağırışlarına cavab olaraq kağız nəşrlə yanaşı, internet vasitəsilə elektron yayıma keçməsinin vacibliyi qeyd edilib.
Sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığı Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn Konqresin “Ər-Riyad Bəyannamə”sini təqdim edib və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçiriləcəyini elan edib. Bildirilib ki, Bakı Konqresində 2016-2019-cu illər üzrə sədrlik AzərTAc-a keçəcək.
Sessiyada çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov Səudiyyə Ərəbistanı Krallığı Xəbər Agentliyinin baş direktoruna tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirmiş, növbəti konqresin Bakıda keçirilməsi barədə qərarı, Azərbaycanın artan nüfuzuna olan ehtiramın və AzərTAc-ın bu nüfuzlu beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə inamın göstəricisi kimi dəyərləndirib. Əmin edib ki, beynəlxalq səviyyəli müxtəlif tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan, Xəbər Agentliklərinin V Dünya Konqresini də yüksək səviyyədə keçirəcək. Baş direktor belə mötəbər tədbirlərin medianın qarşılaşdığı problemləri müzakirə edib həll yollarını tapmaqda mühüm rol oynadığını xüsusi vurğulayıb.
Xəbər Agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres, dördüncüsü isə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərlərində keçirilib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info