Xalq artisti Həsən Məmmədovun xatirəsi anılıb
Tarix: 21.11.2013 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibəti ilə noyabrın 21-də anım mərasimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və kino ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabanda aktyorun məzarını ziyarət etmiş, məzarı üstünə əklil qoyublar.
Mərasimdə çıxış edən Əməkdar Artist Elxan Qasımov böyük sənətkarlarımızın çəkildiyi filmləri, oynadığı rolları yada salaraq bildirmişdir ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Vurğulayıb ki o, həm tarixi, həm müasir obrazlar yaratıb.
Elxan Qasımov dekabrda böyük sənətkarın xatirə gecəsinin keçiriləcəyini də söyləyib.
Qeyd edək ki, Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1962-cı ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirmiş və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov
“Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım” və digər filmlərdə əsas rolları ifa edib.
Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
O, 2003-cü il avqustun 26-da vəfat edib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info