Honduras Respublikası Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
Tarix: 21.11.2013 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov etimadnaməsini Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosaya təqdim edib.
Səfirlikdən bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin honduraslı həmkarına salamlarını çatdıran səfir İ. Muxtarov ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurlu inkişafına əmin olduğunu bildirib.
Öz növbəsində yenidən ali dövləti vəzifəyə seçilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təbriklərini çatdıran Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosa ölkəmizin və ikitərəfli əlaqələrimizin gələcək inkişafı yolunda Azərbaycanın dövlət başçısına yeni-yeni nailiyyətlər arzu edib.
Ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Honduras Prezidenti Porfirio Lobo Sosa qarşılıqlı faydalı əməkdaşlığın inkişafına əmin olduğunu bildirib.
Görüşdə ikitərəfli siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticari əlaqələrin və xüsusilə enerji sektorunda əməkdaşlığın gələcək inkişafına qarşılıqlı inam ifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info