YAP sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tarix: 21.11.2013 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq bildirib ki, 1992-ci ildə əsası Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası mürəkkəb ictimai-siyasi şəraitdə, ölkədə daxili qarşıdurmanın gücləndiyi, milli birliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasına zərurət duyulduğu bir vaxtda yaranıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib, partiya qısa bir zamanda milli həmrəyliyə nail olub, sivil, demokratik fəaliyyəti ilə Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm rol oynayıb. 1993-cü ildə dahi öndər Heydər Əliyevin prezident seçilməsi ilə YAP iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirib, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 21 illik fəaliyyəti boyu YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirməklə ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olub.
Konfransda YAP Universitet Ərazi İlk Təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Yeni Azərbaycan Partiyasının memarı və qurucusu” məruzəsində partiyanın tarixi qələbələrinin məhz ümummilli liderin xarizmatik şəxsiyyəti, fenomenal siyasətçi və dövlət xadimi nüfuzu, yüksək rəhbərlik bacarığı ilə bağlı olduğunu vurğulayıb. Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Yeni Azərbaycan Partiyasının keçdiyi yol” məruzəsində Heydər Əliyevin banisi olduğu partiyanın 21 il ərzində cəmiyyətdə özünəməxsus aparıcı yer tutmasından, xalqımızın bu gün də dahi siyasətçinin dövlətçilik və azadlıq ideyalarına sadaqət nümayiş etdirərək partiya ətrafında sıx birləşməsindən bəhs edib. Fransız dili müəllimliyi ixtisası üzrə III kurs tələbəsi, YAP Gənclər Təşkilatının sədri Aytən İsmayılova “YAP və gənclik” mövzulu məruzəsində partiyanın günbəgün artan gənc üzvlərinin bundan sonra da ölkədəki ictimai-siyasi proseslərdə öndə gedəcəklərinə, Heydər Əliyev ideyalarını əzmlə yaşadacaqlarına əminliyini bildirib. Sonda YAP sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info