YAP müstəqil dövlətimizin möhkəmlənməsində xüsusi rol oynayıb
Tarix: 21.11.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


|

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir siyasi tarixində əlamətdar hadisələrdən biridir. 21 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və sonrakı illərdə öz sosial bazasını günü-gündən gücləndirmiş, sıralarında hazırda yüz minlərlə partiya funksionerini birləşdirən YAP bu gün Azərbaycanın ən aparıcı siyasi qüvvəsidir. Bildirmək lazımdır ki ,Yeni Azərbaycan Partiyası 21 ildə çətin və şərəfli yol keçərək cəmiyyəti ümummilli maraqlar ətrafında birləşdirərək dövlətçiliyə, milli maraqlara və inkişafa xidmət edib. XX əsrdə öz müstəqilliyini ikinci dəfə qazanmış Azərbaycan 90-cı illərin əvvəllərində dərin siyasi və sosial-iqtisadi böhran vəziyyətinə düşmüşdü. Ölkəni bürümüş xaos, Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin 20 faiz torpaqlarının işğalı, eyni zamanda ölkə hakimiyyətinin yarıtmaz, ölkəni uçuruma aparan fəaliyyəti o dövrdə ölkənin gələcəyini düşünən ziyalıların ümummilli lider Heydər Əliyevin ətrafında birləşməsinə gətirib çıxardı. Xalq ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qaydışını və ölkəyə rəhbərlik etməyini istədi.

Azərbaycanın gələcəyini, ölkəni bürüyən xaosdan çıxış yollarını axtaran bir qrup ziyalı ümummilli lider Heydər Əliyevə müraciət ünvanladı və həmin müraciət “91-lər”in müraciəti kimi Azərbaycan tarixində həkk olundu. Bu müraciətdə ümummilli lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Bundan sonra 21 noyabr 1992-ci il tarixində Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olan Yeni Azərbaycan Partiyası yarandı. Çox qısa bir müddətdə ölkədə müxalifətdə qalan YAP xalqın dəstəyini qazandı, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iqtidar partiyasına çevrildi və ötən 21 il ərzində ölkəmizin inkişafına töhfə verdi, ölkəmizdə istər siyasi, istərsədə sosial-iqtisadi proseslərdə aparıcı qüvvə oldu və ölkəmizdə demokratiyanın formalaşması, institutsionallaşması, bərqərar olmasında mühüm rol oynadı.

Dövlət mexanizminin effektiv idarəçiliyi üçün bir baza

YAP-in Azərbaycanın müasir inkişafındakı rolu danılmazdır. Bildirmək lazımdır ki, bütün bu illər ərzində YAP ölkədə dövlət mexanizminin effektiv idarəçiliyi üçün bir baza- məktəb olmuşdur. Məhz YAP sırlarından çıxmış yüzlərlə gənc hazırda Azərbaycanda dövlət aparatının ən müxtəlif vəzifələrində çalışırlar. Gənclərin hərtərəfli inkişafında müstəsna rol oynayan Yeni Azərbaycan Partiyası bu gün sıralarında minlərlə gənci birləşdirir və sevindirici haldır ki, partiya sıralarına qoşulanlar arasında gənclər çoxluq təşkil edir. Bu gün doğurdan da gənclər partiyanın aparıcı qüvvəsidir və təsadüfi deyildir ki, partiya tərəfindən həyata keçirilən ən müxtəlif kampaniyalarda, aksiyalarda, fleş-moblarda aparıcı, avanqard hissə məhz gənclərdir. Ölkə rəhbərliyi, partiyanın sədri cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət, qayğı YAP səviyyəsində də uğurla həyata keçirilir. Qeyd etmək lazımdır ki, YAP həm də bu gün siyasi sistemimizdə sadə bir partiya deyil, üzvləri parlamentdə çoxluq təşkil edən və ölkənin sosial-iqtisadi və siyasi inkişafı naminə yeni-yeni ideyalar verən şəxslərin birləşdiyi bir siyasi qüvvədir. Hazırda YAP-ın üzvləri müstəqilliyin və suverenliyin keşiyində dayanır və dövlətimizin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün çalışırlar. Doğurdan da son 21 ildə böyük yol keçən YAP ölkəmizdə müstəqil dövlətin bərqərar olmasında, müstəqilliyin möhkəmlənməsində xüsusi rol oynayıb. Bütün bu 21 il ərzində partiya dövlətçiliyin müdafiəsində dayanıb və lazım gəldikdə bir çox siyasi proseslərə reaksiya verib.
Məlumdur ki, siyasi partiya öz sıralarında öz siyasi təəssübkeşlərini birləşdirən bir maraq qrupudur. Siyasi partiyalar eyni zamanda demokratik sistemin ayrılmaz tərkib hissəsi, siyasi sistemin institutsional alt sisteminin bir hissəsidirlər. Siyasi partiyanın ölkənin siyasi və sosial həyatında iştirakının vacibliyi və bu iştirakdan ölkənin və ümumilikdə siyasi sistemin hansı dividendlər qazanması bu gün heç kimə sirr deyildir. Aparıcı politoloqlar, siyasi mütəfəkkirlər hələ demokratiyanın şərtlərindən biri kimi ölkədə siyasi partiyanın mövcudluğunun vacibliyini qeyd edirlər. Qeyd edək ki, siyasi partiyanın mövcudluğu ölkədə demokratiyanın nə səviyyədə bərqərar omasının göstəricisidirlər. Bu gün dünya səviyyəsində demokratiyanın ölçülməsi ilə bağlı araşdırma aparan təşkilatlar hər hansı bir ölkədə demokratiyanın səviyyəsini ölçmək üçün söz -fikir, sərbəst toplaşmaq azadlığı, insan hüquq azadlıqları, milli-etnik azlıqların hüquqlarının hansı səviyyədə qorunması və eləcə də siyasi partiyanın mövcudlluğu kimi indikatorlara ciddi fikir verirlər. Təqdirəlayiq haldır ki, bu gün YAP-ın cəmiyyətdə mövcudluğu və fəaliyyəti də ölkəmizdə demokratikləşmə istiqamətində aparılann işlərə xidmət edir. Əgər biz ötən 21 ilə nəzər salsaq və partiyanın ölkəmizdə demokratiyanın formalaşması üçün nələr etdiyinə diqqət yetirsək görərik ki, YAP ölkənin ən aparıcı siyasi qüvvəsi olaraq Azərbaycanda demokratiyanın formalaşmasında müstəsna rol oynayıb.

YAP ölkəmizdə daxili-siyasi
proseslərin bütün mərhələlərində fəal iştirak edir

Bir sıra siyasətçilər siyasi partiyanın yalnız seçki zamanı fəaliyyət göstərdiyini bildirir və ümumilikdə siyasi partiyanın fəaliyyətini yalnız müvafiq ölkədə keçirilən bələdiyyə, parlament və prezident seçkiləri ilə bağlayırlar. Əslində bu yanaşmaya haradasa haqq qazandırmaq olar, lakin siyasi proseslər və partiyanın siyasi proseslərdə iştirakı təkcə seçki kampaniyası ilə məhdudlaşmır. Politoloqlar siyasi partiyanın mövcudluğunun bütün mərhələlərində aktiv fəaliyyətinin cəmiyyətə və dövlətə daha yararlı olduğunu bildirirlər. Bu mənada ölkəmizdə bir sıra partiyalardan fərqli olaraq YAP başqa bir yanaşma, tam fərqli bir mənzərə yaradır. Partiya siyasi sistemdə fəaliyyət göstərən digər partiyalardan fərqli olaraq təkcə seçkidən seçkiyə deyil, siyasi proseslərin bütün mərhələlərində fəal iştirak edir. Bunu partiya rəhbərlyinin və funksionerlərin ölkədə gedən siyasi proseslərə öz fikirlərini bildirmələri, partiyanın təkcə seçki dövründə deyil eləcə də digər əlamətdar və mühüm tarixlərdə cəmiyyəti bir məqsəd, fikir ətrafında cəmləməsi və mühüm tədbirlər keçirməsi, müvafiq kampaniyalar aparması sübut edir. Bu tədbirlər və kampaniyalarda cəmiyyətin hər sosial təbəqəsindən olan vətəndaşlar iştirak edir.
Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək uğurlu fəaliyyətindən danışan zaman partiyanın həm də seçki prosesində iştirakını, onun seçki prosesinin inkişafına da mühüm töhfələr verdiyini qeyd etmək lazımdır. Xüsusi bildirmək lazımdır ki, 2013-cü il prezident seçkilərində YAP üzvləri seçki işində mühüm rol oynadı. Ümumilikdə prezident seçkiləri və bu seçki dövründə YAP-ın uğurlu fəaliyyəti Azərbaycanda demokratiyanın bərqərar olması istiqamətində atılan növbəti mühüm addım oldu. Bu həm də YAP-ın 21 illiyi ərəfəsində partiyanın növbəti möhtəşəm qələbəsi oldu.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info